Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Deputat: -"Etinasızlıq göstərən məmurları cəzalandırmaq lazımdır"


“Şəhidlər üçün normal yer ayrılmalıdır. Əgər İkinci Fəxri Xiyabanda yer yoxdursa, Bakıda minlərlə yer var, hansı ki, oradan su çıxmır. Bunun üçün yaxşı yer ayırıb, müxtəlif dövrlərdə şəhid olan qəhrəmanlarımızı orada dəfn etmək olar. Bu məsələdə məmurlar tərəfindən laqeydlik göstərilməsi acınacaqlıdır, məsələni dərhal həll etmək lazımdır”. 
Yenixeber.org: Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa Qaradağ rayonunda yol kənarında dəfn edilən şəhid ailələrinin etirazları ilə bağlı danışarkən deyib. 
F.Mustafanın sözlərinə görə, bunu tələb edən valideynlər haqlıdırlar:
“Şəhidlərin qəbrindən çox onların mərtəbəsini Allah müəyyən edib və o ən yüksək mərtəbədir. Onlar övladlarına baş çəkirlər, ən azından yer elə bir yer olmalıdır ki, gəlib təsəllilərini orada tapsınlar. Hesab edirəm ki, bir sıra siyasi alverçilər bunu dövlətə qarşı prosesə çevirməməlidirlər. Müharibədən sonrakı dövrlərdə bütün cəmiyyətlərdə belə hallar, boşluqlar olur. Sadəcə bu cür boşluqları ajiotajsız və qanuna uyğun şəkildə tənzimləməliyik ki, problemlər narazılıq elementinə çevrilməsin. Məsələni həll etmək, konkret etinasızlıq göstərən məmurları cəzalandırmaq və şəhid ailələrinin könlünü almaq lazımdır. Eyni zamanda onları qızışdırmaq, hər hansı şəkildə dövlətdən narazı salmaq üçün atılan müəyyən təbliğatları da qınamaq lazımdır. Bu mövzu həssas mövzudur və hamımızın ağrılı yerimizdir. Mövzunu bilən kimi, anlayan kimi hər kəs problemi həll etməyə çalışmalıdır”. 
Deputat eyni zamanda Müdafiə Nazirliyinin müharibədən sonrakı fəaliyyətindən də danışıb:
“Müdafiə Nazirliyinin müharibədən sonrakı dövrlərdə məlumatlandırma fəaliyyəti çox aşağı səviyyədədir. Müvafiq strukturlar bu barədə düşünməlidirlər. Çünki müharibənin başa çatması problemin bitməsi demək deyil. Tərxis olunan qazilərin, şəhid ailələrinin bir çox problemləri var. Bu məsələlərlə bağlı mətbuata açıq şəkildə cəmiyyətin qarşısına çıxmaq olduqca vacibdir. Bunu etməlidirlər. Görünür, burada məsuliyyət anlayışı bir az fərqlidir. Sanki , nazirlik müharibə ilə bağlı məsələlərdən başqa digər məsələlərə özünü aid etmir. Bunu bütövlükdə dövlətə qarşı aksiya çevirmək mərhələsinə qədər müvafiq qurumlar həll etməliydilər”.
Qeyd edək ki, ötən gün Qaradağ rayonunda yol kənarında dəfn edilən şəhid qəbrləri su içərisində qaldıqdan sonra, onların ailələri etiraz aksiyası keçirərək şəhidlərin köçürülməsini tələb ediblər. Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti açıqlama verərək, bu barədə son qərarı Müdafiə Nazirliyinin verməli olduğunu bildirib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam