Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“GÖYÇAYDAKI SƏHİYYƏ İŞBAZLARI...” -“Mərkəzi Xəstəxanada həkim tapılmır, Bioloji Klinikada isə qiymətlər qaldırılıb”

Göyçay rayonunda səhiyyənin acınacaqlı durumu barədə redaksiyamıza məktub ünvanlayan hüquq müdafiəçisi İlqar Məhərrəmli yazır ki, rayonun Mərkəzi Xəstəxanasının fəaliyyəti qeyri-kafidir.

Yenixeber.org: İ.Məhərrəmlinin bildirdiyinə görə, xəstəxanda əhaliyə lazımi xidmət göstərilmədiyindən, insanlar rayondakı özəl klinikaya üz tutur, orada isə qiymətlər olduqca bahadır: “Göyçay Rayon Mərkəzi Xəstəxanası 2015-ci ilin oktyabrında dövlətin milyonlarla manat vəsaiti hesabına əsaslı şəkildə təmir olunaraq rayon sakinlərinin istifadəsinə veriləndə əhali sevindi ki, bir sıra xəstəliklərinin müayinə və müalicəsi üçün əlavə pul xərcləyib Bakıya və başqa şəhərlərə üz tutmayacaqlar. 

 

 

Amma nə fayda, sən saydığını say, gör rayon səhiyyəsinin başında oturanlar nə sayır. Xəstəxana istifadəyə verildikdən bir müddət sonra məlum oldu ki, böyrək xəstəliyindən (böyrək dializəsi) əziyyət çəkənlər üçün burda dializə avadanlıqları yoxdur.

Vərəm xəstəliyinin müalicəsi üçün xəstəxanada balaca bir otaq ayrılıb. Kompyuter-tomoqrafiya, EXO-kordioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssislərimiz ya yoxdur, ya da bir həkim mütəxəssisdən ibarətdir.

Koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda rayon səhiyyəsində bərbad vəziyyət baş alıb gedir. Belə ki, polilkilinkada demək olar ki, bütün həkimlərin qapısının ağzında sıxlıqdır. Heç bir karantin rejimi qaydalarına əməl olunmur. Günün birinci yarsında polikilinkaya nəzər yetirən hər kəsə aydın olar ki, yoluxma elə ən çox burda baş verir. 

 


Təəssüf ki, pandemiyanın demək olar ki, hər gün can aldığı bir vaxtda insanların yoluxma qorxusundan sui-istifadə edən bəzi yaramaz "tibb işçiləri" (belələrinə tibb işçisi demək mümkündürsə) öz sərvətlərini artırmaqla məşğuldurlar. Belə ki, rayon sakinlərinə pulsuz xidmət etmək üçün xəstəxanada olan EXO-kardioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssis həkim ya yoxdur, olan da "yoluxduğuna"görə işə çıxmır. 

 

Bundan da ən çox bəhrələnən Göyçayda əhaliyə tibbi xidmət göstərən özəl Bioloji Klinikadır. Burda həkim qəbulu 15-30 manat arası dəyişir. Analizlərin qiyməti də fərqlidir. Əhalinin isə bu özəl klinikada ən çox müraciət etdiyi şüa-diaqnostika müayinəsidir. Polikilinka həkimləri həkimə müraciət edən əksər pasienti şüa-diaqnostoka - KT olunmağa göndərir. Əvvəllər bu özəl klinikada KT 50 manat olduğu halda, pandemiyadan istifadə edən Bioloji Klinikanın rəhbərliyi bu xidməti 90 manata qaldırıb. Hər gün yüzlərlə pasient saatlarla, hətta günlərlə əlində 90 manat növbəyə duraraq KATE olunmasını gözləyir. Eləcə də digər analiz və müayinələrin qiyməti xeyli yüksəkdir.“

 

 

Məktubda qeyd olunur ki, yaranan durumun əsas səbəbkarı Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, onun fəaliyyətinə nəzarət etməli olan TƏBİB və Səhiyyə Nazirliyidir: “Özəl Bioloji Klinikada qiymətlərin bu qədər tüğyan etməsinin səbəbini isə ilk növbədə rayon səhiyyəsində işin yarıtmaz təşkil olunmasında axtarmaq lazımdır. Rayon Mərkəzi Xəstəxanasından bildirilir ki, həkimlərimizin müəyyən qismi korona virusa yoluxduğundan işə çıxmır və bu səbəbdən həkim mütəxəssis çatışmazlığı yaşayırıq. Əgər doğrudan da rayon səhiyyəsində mütəxəssis tibb işçilərinin çatışmazlığı müşahidə olunursa, bəs Səhiyyə Nazirliyi nə işlə məşğuldur? Yoxsa, nazirlikdə də özəl klinikalarla əlbir işbazlar peyda olub? Əgər ölkə vətəndaşının həyatı, sağlamlığı etibar edilmiş səhiyyə naziri Oktay Şirəliyevi görən olsa bu sualları ona ünvanlasınlar.

Bəs TƏBİB nə ilə məşğuldur? Rayon xəstəxanasında dövlətin milyonlarla manat vəsaiti hesabına alınıb quraşdırılmış Şüa-diaqnostika, Kompyuter-temoqrafiya, EXO-kordioqrama aparatlarını işlədə biləcək bir həkim mütəxəssis tapılmayacaqdısa Səhiyyə naziri Oktay Şirəliyev, TƏBİB nəyə lazımdırlar ki?”

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam