Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Göyçayda COVİD-19 maxinasiyası – Mərkəzi Xəstəxana ilə Bioloji Təbabət Klinikasının ötür-ötür oyunu-DE-FAKTO

 


 Ölkə Prezidentinin 06.10.2015-ci il tarixdə açlışını etdiyi Göyçay rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunaraq əhalinin xidmətinə verilib. Rayon Mərkəzi Xəstəxanası ən müasir şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya kimi tibbi avadanlıqlarla təmin olunub.

 

Yenixeber.org: Redaksiyamıza rayondan daxil olan şikayətlərdə isə bildirilir ki, amma bunun rayon sakinlərinə bir faydası toxunmur. Çünki pandemiyanın geniş yayıldığı bir dövrdə Göyçay RMX-nın direktoru Elçin Bilalovun yarıtmaz fəaliyyəti nəticəsində Göyçay əhalisi şüa-diaqnostika (KATE) avadanlığından istifadə edə bilmir.

Belə ki, müayinədən keçməyə gələn vətəndaşların bir hissəsinə sözügedən tibbi avadanlığın sıradan çıxdığını, bir hissəsinə isə müayinəni həyata keçirən tibb işçisinin COVİD-19 yoluxduğunu bildirirlər.

Məsələnin əsli isə fərqlidir. Xatırladaq ki, Göyçay RMX-da təchiz edilmiş şüa-diaqnostika (KATE) tibbi avadanlığı Göyçay əhalisi üçün pulsuzdur. Bu da bəzi işbazlara sərf etmir. Buna görə də məqsədli şəkildə şüa-diaqnostikanın (KATE) fəaliyyəti dayandırılıb ki, Göyçay rayonunda fəaliyyət göstərən Bioloji Təbabət Klinikası rahat şəkildə şüa-diaqnostika (KATE) müayinəsinə görə hər xəstədən 90 manat pul ala bilsin.

Gün ərzində Bioloji Təbabət Klinikasına sözügedən müayinədən keçmək üçün yüzdən çox şəxs müraciət edir ki, həmin şəxslərin hər biri məcburdur ki, tələb olunan 90 manatı versin. Ehtimal olunur ki, Bioloji Təbabət Klinikası Göyçay RMX-da şüa-diaqnostika (KATE) avadanlığının əhalinin istifadəsinə verilməməsinə görə E.Bilalova "şirinlik” verir. Belə olan halda Elçin Bilalov üçün heç də maraqlı olmaz ki, Göyçay RMX-da şüa-diaqnostika (KATE) avadanlığının fəaliyyəti bərpa olunsun.

Amma rayonda COVİD-19 virusuna yoluxmuş şəxslərin heç də hamısının imkanı çatmır ki, 90 manat ödəyərək, şüa-diaqnostika (KATE) avadanlığı vasitəsi ilə müayinədən keçsin.(sfera.az)

 

İnci


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam