Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qazax xəstəxanasız qalıb


“Özümüz də bilmirik, bu boyda xəstəxana niyə darmadağın edildi. Ağır xəstələrimizi Ağstafaya, Tovuza aparırıq”.

Xeberinfo.com:   Qazax sakini Həsən Həsənli “Azadlıq” radiosuna Qazax rayonunun xəstəxanasız qaldığını deyir.

Onun sözlərinə görə, xəstəxana söküləndən 3 ildən çox ötsə də, yenisinin tikintisi təməldən o yana keçməyib. O gün-bu gün, xəstəxana tikintisi daşa dirənib:

“Avadanlığı da satıblar”

“Köhnə xəstəxananın şəraiti pis deyildi. Sökülüb yenisinin tikilməsinə ehtiyac yox idi. Elə yüngülvari təmir, bir də təzə avadanlıq yetərli olardı. Qəflətən təmirə dayandı, sonra da təməlinəcən sökdülər. Yalan-doğru, deyilənə görə, o vaxt avadanlığı da satıblar. 3 ildir əziyyət çəkirik. Bu boyda rayonun xəstələri başqa rayonlara üz tutur. Ağır xəstələr yolda keçinir. Gecə birini ağrı tutanda, gərək səhəri gözləyək ki, başqa rayon xəstəxanalarına aparaq”.

Rayon sakiniÿ Valeh Əsgərovÿ deyir, ötən il xanımıÿ Sevda Əsgərova, qonşu rayona apararkən, elə “Niva”daca doğub:

“Xəstəxanaya ehtiyac qalmadı”

“Yolda doğdu, xəstəxanaya aparmağa ehtiyac qalmadı, qaytarıb gətirdik evə… Rayonda doğum evi var, ancaq təmir üzündən Mərkəzi Xəstəxanın şöbələri də ora köçürülüb deyə, sıxlıqdır”.

Rayonda diaqnostika mərkəzi var, ancaq xəstələr oraya yalnız müayinəyə gedə bilirlər. Müalicəyə görəsə qonşu rayonlara üz tuturlar.

Sakinlərin fikrincə, buradakı kəndlər erməni hərbçilərinin bir addımlığında olduğundan, Qazaxda xəstəxananın olmaması ağlasığmazdır.

Onlar xəstəxana tikintisinə ayrılan pulların ötən il olimpiyada oyunlarına xərcləndiyini düşünürlər.

“Pul ayrılacaq, xəstəxana tikiləcək”

Qazax Rayon Icra Hakimiyyətindən ÿ”Azadlıq” radiosuna bildirilib ki, xəstəxana tikintisinin ləngiməsi vəsait çatışmazlığından qaynaqlanır: “Yaxın aylarda pul ayrılacaq, müasir, hər cür avadanlıqla təchiz olunmuş, hər bir şəraiti olan xəstəxana rayon sakinlərinin istifadəsinə veriləcək”.

Tenderi kim udub?

3 il öncə tender.gov.az saytında Qazax Rayon Mərkəzi Xəstəxanası təmir və avadanlıqla təchizat üçün açıq tender elan etmişdi. Istər Qazax Rayon Icra Hakimiyyəti, istərsə həmin xəstəxana tenderi udan şirkətin adını açıqlamayıb.

Qaynar.info saytı yazır ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası və rayon səhiyyə şöbəsinin əksər satınalmaları “Tərəqqi-2015″ adlı MMC-yə həvalə olunub.

Ötən il yaradılan şirkət elə həmin il də dəyəri yüz min manatlarla ölçülən bir sıra tenderlərin qalibinə çevrilib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının yüzminlərcə manatlıq ötənilki tenderlərini də məhz həmin ildə qurulan şirkətlərin qazandığı onların adlarından da görünür:

“Turan M-2015 MMC” və “El-sun 2015 MMC”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam