Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Minera” Şirkətlər qrupunun “Zümrüd Residence” fırıldağı-PROBLEM

Yenixeber.org: “Minera” şirkətlər qrupunun “Zümrüd Residence” layihəsi barədə istər mətbuatda, istərsə də telekanallarda cürbəcür rəngarəng reklam roliklərinə çox tez-tez rast gəlirik. “Şəhərin mərkəzində 4 hektar ərazidə 7 binadan ibarət, konforlu və lüks xidmətləri ilə möhtəşəm layihə. Bu özəl layihə şəhərin mərkəzində inşaa edilmiş, tez bir zamanda sakinlərinə qovuşacaq.Özəl dizaynla hazırlanmış, 2-5 otaqlı 52 kv/m — 248 kv/m mənzillər mövcuddur. Yüksək keyfiyyətlə inşa edilmiş Zumrud Residence fərqli layihəsi ilə Bakı şəhərinə özəl görünüm qatacaq”… Yəni qısası, bağ belə bostan belə… Rezidens yox bir Dubay adaları…
Oxucularımıza məlumat üçün qeyd etmək istəyirik ki, bəli Nərimanov rayonunda Balaəmi Dadaşov, Koroğlu Rəhimov küçələrinin kəsişməsində Heydər Əliyev və Konqres mərkəzlərinə paralel şəkildə xarici görünüşcə nəfis şəkildə yaşayış massivi inşa olunmaqdadır. Bu layihəni əvvəlcədən “Cavid 2016” MTK başlasa da, sonradan “Minera” Şirkətlər qrupunun nəzarətinə keçib. O da həqiqətdir ki, çeşidli reklamlar nəticəsində bu yaşayış massivindəki mənzillər satılıb. Lakin artıq “Minera” Şirkət Qrupu həmin binalardan mənzil alanların mulkiyyətçi hüquqlarını ayaqlar altında tapdalayır. Belə ki, redaksiyamıza müraciət edən “Zümrüd Residence”dəki mənzillərin sahibləri tikinti başa çatmamış onlara mənzillərə köçməyə məcbur edir. “Cavid 2016” MTK ilə bağlanmış müqaviləyə görə super təmirli mənzillərə görə pul ödəmiş insanlara heç bir kommunal xətləri çəkilməyən, adi suvaqlı divarlardan ibarət mənzillərə köçürülməyə məcbur edilir. Əks halda mənzil sahibləri müqavilədə nəzərdə tutulan kirayə pulunun kəsiləcəyi ilə bağlı təhdid olunurlar. Binanın üst mərtəbələrində tikintinin getdiyi halda, aşağı mərtəbəyə sakinlərin yerləşdirilməsinə həm Nərimanov Rayon İcra Hakimiyyəti, Həm də Fövqaladə Hallar Hazirliyi göz yumur.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin bu qanunsuzluğa səssiz qalması başa düşüləndir. Çünki hələ ətən əsrin 90-cı illərində “Əlincə” Xeyriyyə Cəmiyyətində çalışarkən dostlaşdığı “Minera” Şirkətlər Qrupunun sahibi Xudaqulu Rzayevlə şərikdirlər. “Minera” Şirkətlər Qrupunun Nərimanov rayonu ərazisində həyata keçirdiyi bütün layihələr Abdin Fərzəlibəyovun şərikliyi ilə həyata keçirilir. Ona görə də, özünü cəmiyyətdə geniş əhatəli və xeyriyyəçi kimi reklam etdirən Xudaqulu Rzayev özünü Nərimanov rayonun əsl sahibi kimi aparır və bu cür qanunsuz əməllərə əl atır.

Abdin Fərzəliyevin öz şərikinə hamiliyi təkcə iqtisadi dəstəklə deyil həm də siyasi yollarla da olub. Belə ki, Abdin Fərzəliyevin dəstəyi ilə X.Rzayevin namizədliyi bu ilin fevral ayının 9-da keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfirndən18 saylı Nərimanov-Nizami seçki dairəsində irəli sürülsə də, niyyətinə çata bilməyib.
Həmçinin Xudaqulu Rzayevin qardaşlarının hüquq mühafiə orqanlarında çalışdığı deyilir.
Bəs görəsən, Fövqaladə Hallar Nazirliyi bu qanunsuzluğa hansı əsaslarla göz yumur?
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.(aktualxeber.az)
Mövzunu nəzarətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam