Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun "sərgüzəştlər"i davam edir-PROBLEM

 

 03 dekabr 2020 il tarixdə saytımızda ““Proqress-2016” bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb” məqalə işıq üzü görmüşdür.

Yenixeber.org: Həmin məqalədə adı çəkilən MTK-nın sahibi olmuş Emil Səməndərovun bu cür hərəkətlərinə görə Şirvan və Sumqayıt şəhər məhkəmələrində, Bakının Sabunçu, Binəqədi və digər rayon məhkəmələrində dələduzluq işləri üzrə bir neçə maddələrlə təqsirli bilinməsinə dair hökm və qərarların çıxdıqları haqda məlumatları vermişik.

Həmin məqalədə “Proqress-2016” MTK-nın sahibi Emil Səməndərovun binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən satmış olması qeyd edilmişdir. Aldadılmış sakinlərin öz halal pullarına aldıqları mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu gəlinməklə, şantaj edilməklə və müxtəlif yollarla susdurulmaları həmin məqalədə öz əksini tapmışdır.

““Proqress-2016” MTK-nın sahibi Emil Səməndərov həmin şəxslər qarşısında iddia edirdi ki, bu qanunsuz hərəkətlərinə görə heç kəs ona qarşı qanuni ölçü götürə bilməz, çünki onun arxasında yüksək vəzifəli şəxslər dayanmışdılar və onlar onu qorumuşdular.

Emil Səməndərov respublikanın dövlət və hüquq mühafizə orqanlarında yüksək vəzifələrində çalışmış hörmətli şəxslərin adlarını belə çəkinmədən çəkirdi. Proqress-2016”  bir mənzili bir neçə adama sataraq, yüzlərlə vətəndaşı aldadıb məqaləsində biz bir neçə vətəndaşların aldadıldıqları barədə qeyd etmişik.

Bugünki məqaləmizdə Xəlilov Samir Sarı oğlunun, Məmmədova Nərmin Afdandil qızının, Məmmədrəhimov Bəşarət İxtiyar oğlunun, Abdullayev Namiq Sədi oğlunun, Novruzova Vətəngül Nəsirulla qızının, Məsimov Səyyar Ələkbər oğlunun, Əliyev Əlisəfa Hüseyn oğlunun, Mustafayev Samir İsax oğlunun, Kəlbəliyev Sənan Məhəmməd oğlunun, Ələkbərov Natiq Rəsul oğlunun, Cavadov Kamal Cavad oğlunun, Kazımov Orxan Elxan oğlunun hər birinin külli miqdarlarda pullarını mənimsəmiş olaraq onlara məxsus mənzillərin digər şəxslərə satıldığı da məlum olmuşdur. 

proqress-2016_cr1

Hətta Emil Səməndərov tamah niyyətilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətilə özünü yalandan “Fateh 2012” MMC-nin rəhbəri kimi təqdim edib nağdsız qaydada satdığı malın dəyərini 26 iş günü müddətindən gec olmamaq şərti ilə satıcıya ödəmək öhdəliyini öz üzərinə götürüb, aldatmaqla “Tikmat” MMC ilə bağladığı 01 avqust 2015-ci il tarixdə TM-101 nömrəli alqı-satqı müqaviləsinə görə bir çox sement istehsal edən tanınmış markalar olan şirkətlərin minlərlə sement kisələrini ələ keçirərək Məmmədov Kamal Əli oğluna, Məhərrəmov Ayaz Firdovsi oğluna, Cəfərov Əli Qafar oğluna maddi ziyanlar vurmuşdur.

Bu səbəblərdən “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyul ayında Binəqədi rayon məhkəməsinin (hakimi Vüqar Məmmədov) iş №1(001)-185/2018 saylı hökmü ilə Azərbaycan Respublikasınının Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələrilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.

6_cr6

AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı. Emil Səməndərovun barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri Hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdı. 

Yuxarıda qeyd edilən Binəqədi rayon məhkəməsinin hökmünə diqqət yetirdikdə Emil Səməndərovun digər cinayətləri də üzə çıxır. Necə ki, Emil Səməndərov Nərimanov rayon məhkəməsinin 26 aprel 2016 il tarixli Hökmü ilə AR CM-in 178.2.4. maddəsi, AR CM-in 69.4.-cü maddəsinin tətbiqi ilə 3000 (üç min) manat miqdarında cərimə edilmişdi.

66ə_cr1

Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.

Bizim sayt bütün müraciətlərlə əlaqədar toplanan sənədləri məktublara qoşmada əlavə etməklə ölkə prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xiidmətnin rəhbəri Əli Nağıyev və digər dövlət orqanlarına, həmçinin hüquq mühafizə orqanlarına göndərəcək. 

Araşdırmalarımız davam edir.

Yaxın günlərdə şikayətçilərin ölkə prezidenti cənab İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xiidmətnin rəhbəri Əli Nağıyev və digər dövlət orqanlarına video müraciətin yayımlamağa çalışsacağıq.(milletinsesi.info) 

Abdulla Əfəndizadə,

Hüquq məsələləri üzrə müavin

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam