Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

QHT rəhbəri 3 aylıq həbs edildi

 

 

Salyan rayon Məhkəməsi hüquq müdafiəçisi Emil Məmmədov haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu haqda onun həyat yoldaşı Sənubər Məmmədov məlumat verib. 
"xeberinfo.com" Azadlıq Radiosu-na istinadən xəbər verir ki, mayın 13-dən Salyan polis idarəsində saxlanan ictimai fəal Emil Məmmədova yaxınları ilə əlaqə saxlamağa və görüşməyə icazə verilmir.
Sənubər Məmmədovanın dediyinə görə, bir müddət öncə Emil Məmmədovu polis idarəsinə çağırıb iki yerli məmurla üzləşdiriblər: «Guya Emil onlardan zorla pul istəyib. Halbuki belə şey olmayıb. Ortada heç bir sübut yoxdur. Əksinə, Emil Salyanda baş verən yeyintilərlə bağlı Korrupsiya ilə Mübarizə İdarəsinə, prezidentə müraciət edib».
Qeyd edək ki Emil Məmmədov Vətəndaş Nəzarəti Şəbəkəsinin Salyan rayon üzrə əlaqələndiricidir. Şəbəkənin koordinatoru Esmira Əsədullayeva bildirib ki, onlar Emil Məmmədova konkret hansı ittihamın irəli sürüldüyünü bilmirlər:
«Amma bir aydır Emil Ombudsman Aparatına, müxtəlif yerlərə müraciət edib ki, ailəsinə, özünə təzyiqlər, hədələr var. Emil rayonda investisiya layihələrinin icra vəziyyəti ilə bağlı monitorinqlər aparıb, korrupsiya faktlarını üzə çıxarıb. Bunu da ictimailəşdirib. Fikrimcə, Emil Məmmədov bu fəaliyyətinə görə saxlanıb».

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam