Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Fuad Muradov işinin öhdəsindən gələ bilmirsə... -Çingiz Abdullayev yazır

Dünya şöhrətli yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Vətən Müharibəsinin getdiyi indiki dövrdə xaricdə yaşayan soydaşlarımızın qənaətbəxş olmayan fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib.

 

Yenixeber.org: Yazıçının həmin məqaləsini təqdim edirik:

                                                                   ***

Yenə də başa düşə bilmirəm! Rusiyada yaşayan iki milyona yaxın azərbaycanlı haradadır? Onların arasında hörmətli insanlar çoxdur - akademiklər, professorlar, mədəniyyət və elm xadimləri, iş adamları. Hamısı Rusiya vətəndaşıdır, hamısı da susur.

 

Diasporamız haradadır? Şərəfimizi qoruyan gənc oğlanlar sağ olsun. Bəs qalanları ? Dəfələrlə müşahidə etmişəm və bunu böyük təəssüf hissi ilə qeyd edirəm, ölkəsinə qarşı ən barışmaz mövqedə olanlar keçmiş vətəndaşlarımızdır.

Neyçün? Axı nəyə görə öz şəxsi problemlərinizi ölkənin boynuna yıxırsınız? Təbii ki, bu hamıya aid deyil. Amma Rusiyada iki milyon soydaşımız yaşayır.

Digər ölkələrdə də on minlərlə həmvətənimiz var. Əcnəbi ölkələrdə dəfələrlə öz ölkəsini sevən, hər şeyi atıb vətənə dönməyə, doğulduğu el-obasını qorumağa hazır olan vətənpərvər azərbaycanlılarla qarşılaşmışam. Axı, Vətən keçmiş olmur.

Solovyovun verilişinə baxdım. Yenə Kurqinyan və Şahnəzərov, üstəgəl, bizi anlamayan, ya da anlamaq istəməyən digərləri. Həqiqəti söyləməyə cəhd edənlər isə pulla ələ alınan yalançılar xoru tərəfindən susdurulur.

Əl verməyi belə lazım bilmədiyim liberal Tretyakov dünən "60 dəqiqə” proqramında bizim Fərhadın sözlərinə: "Nəyə görə Azərbaycan təbliğatını dinləməliyik!” çığırtısı ilə cavab verdi. 

Mükalimə aparmaq üçün studiyaya gələn jurnalistin və ictimai xadimin efirdə bu cür davranışı biabırçılıqdır!(sfera.az)

Tərcümə etdi: Selcan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam