Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kreml -ticarət sahəsində yaşanan problemə münasibət bildirib

Kreml Moskvada azərbaycanlılarla ermənilər arasında ticarət sahəsində yaşanan problemə münasibət bildirib

“Rusiya Ermənistan və Azərbaycan arasında münaqişənin tezliklə nizamlanmasına ümid edir. Bu, həmin ölkələrdən Rusiya Federasiyasına gələnlərin, burada olanların emosional vəziyyətini normallaşdırmağa da kömək edəcək".

Yenixeber.org: Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bilirsiniz ki, Moskvada, ümumilikdə Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır, onların hamısı Rusiyanın hörmətli vətəndaşıdır. Mən miqrantlardan savayı Rusiya vətəndaşları olanları nəzərdə tuturam, hansı ki, onların hamısı bizim cəmiyyətin hörmətli üzvüdür. Məlumdur ki, Ermənistan-Azərbaycan sərhədindəki eskalasiya bu vətəndaşları etinasız qoya bilməz. Əlbəttə ki, onlar öz reaksiyalarını emosional formada ifadə edirlər", - deyə Peskov Moskvada azərbaycanlılarla ermənilər arasında ticarət sahəsində yaşanan problemə münasibət bildirərkən vurğulayıb.

Kremlin sözçüsü Rusiyanın tərəfləri təmkinli olmağa, dərhal atəşkəs rejiminə riayət etməyə və hər hansı güc tətbiqini dayandırmağa çağırdığını xatırladıb.

"Ona görə də ümid edirik ki, bu vəziyyət nə qədər tez nizamlansa, emosional fon da bir o qədər tez normal istiqamətə dönəcək", - deyə o qeyd edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam