Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çingiz Abdullayev istefa verməyə hazırlaşır?

 

"Xeberinfo.com":   Bu barədə məlumatı Komanda.az-a Yazıçılar Birliyinin adının çəkilməsini istəməyən əməkdaşlarından biri verib  Çingiz Abdullayev Yazıçılar Birliyindəki iş yerində olarkən, “Neftçi”dəki vəzifəsindən istefa verməyə hazırlaşdığını bildirib.   O, bir neçə yazıçı və şairlə söhbətdə aldadıldığını etiraf edib. Abdullayev bildirib ki, utandığından “Neftçi”nin bazasına gedə bilmir. O, uzun müddətdi məvacib ala bilməyən futbolçuların üzünə baxmaqdan utandığını deyib.  Yazıçı qeyd edib ki, onu “Neftçi”yə dəvət edərkən başqa vədlər veriblər, amma buna əməl etməyiblər. Abdullayev deyib ki, AFFA rəhbərliyi ona “Neftçi”də heç bir maliyyə probleminin olmayacağını vəd edibmiş.  Bundan əlavə, Cingiz Abdullayev klubda rəhbər vəzifədə çalışan şəxslərdən də narazılıq edib. O, bu vəzifələrin qeyri-peşəkarlara tapşırıldığını deyib. Yazıçı xüsusən də “Neftçi”nin icraçı direktoru Elnur Məmmədovdan narazılıq edib. Qeyd edib ki, onun futboldan anlayışı yoxdu. Müşahidə Şurasının sədri Məmmədovu klubun daxilində dözülməz ab-hava yaratmaqda, öz adamlarını - futboldan anlayışı olmayanları işə götürməkdə də ittiham edib.  Yazıçı bildirib ki, yaxın günlərdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla görüşərək, bütün bunlar haqda ona məlumat verəcək. O, qeyd edib ki, bundan sonra “Neftçi”dəki vəzifəsindən istefa verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam