Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KİVDF işində ədalət zəfər çalmıyacaq

 

 Yenixeber.org: Azərbaycan jurnalistləri üçün pulsuz mənzillər fenomeni çoxdan məlumdur. Qonşu ölkələrdəki həmkarlar həsəd aparırlar, Azərbaycanda isə mübahisə edirlər: a) mənzillər qanunla bölüşdürülürmü? b) dəniz sahilində çoxmərtəbəli yeni evlərdə 2-3 otaqlı mənzil şəklində Azərbaycansayağı dövlət hədiyyəsi praktikası ədalətlidirmi?

a)Mənzillərin ədalətsiz bölgüsü ilə bağlı əminlik hamıda var. Bu, göz önündədir: iki evdə mənzil alanların siyahısı məlumdur, üçüncü ev artıq tikilib. Cəmi 666 alıcısı olacaq. Jurnalistlər mənzil alanların əmlak vəziyyətini bilirlər, hər şey göz önündədir. Bəziləri həqiqətən “bomj” vəziyətindədir, yəni, ya valideynləri ilə birlikdə yaşayıblar, ya da kirayədə. Digərlərinin bir neçə mənzili var, pul üçün kirayə verirlər, şəhər kənarında bağları var, üstəlik bu evlərdə üçüncü və ya dördüncü mənzili alıblar. Üçüncü qismin, ümumiyyətlə, mətbuata (TV) aidiyyatı yoxdur, ya da Mətbuata Dövlət Dəstəyi Fondu Aparatının işçiləri kimi dolayısı ilə aidiyyatı var, bu barədə aşağıda qeyd olunacaq.

b)Azərbaycanda belə bir fikir var ki, jurnalistlərə pulsuz mənzillər də daxil olmaqla, istənilən növ hədiyyə verilməsi mahiyyətcə anormaldır, elə həmin jurnalistlər tərəfindən  yaradılan Etik kodeksə ziddir. Əgər jurnalist dövlətdən hədiyyə alıbsa,  üstəlik, belə bahalı hədiyyə, “susmağa" məhkumdur. Elə indi baş verdiyi kimi.

Bu yayın əvvəlində isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, administrasiyanın ideoloji bölməsinin rəhbəri Əli Həsənov, sonra isə onlara tabe olan KİV-e Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri öz vəzifələrindən çıxarıldıqdan sonra bu təşkilatın bütün fəaliyyəti yenidən təftiş edilir.

Nəticədə Azərbaycan Baş Prokurorluğu məlumat verib ki, “baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində KİV-ə Dəstək Fondunun vəzifəli şəxsləri tərəfindən cinayət törədilməsi faktı üzrə Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2-ci (külli miqdarda dövlət büdcəsi vəsaitindən qanunsuz istifadə) və 308-2.4-cü (dövlət satınalmalarının qanunsuz keçirilməsi) maddələri ilə cinayət işi başlanıb. Bu cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması,  təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi üzrə intensiv və zəruri istintaq tədbirləri həyata keçirilir”.

 

KİVDF-nin rəhbəri icraçı direktor Vüqar Səfərli – “əməkdar mədəniyyət işçisi” - olub. Mühəndis Səfərli heç vaxt jurnalistika ilə məşğul olmayıb, sovet dönəmində poçt mexanizmlərini təmir edib, qəzetləri köşklərə paylayıb və 2009-cu ildə birdən sözügedən Fondun icraçı direktoru olub. Orada necə işlədiyini bilirik və bilmədiklərimizi isə prokurorlar bildirəcəklər.

Jurnalistlər Baş Prokurorluqdan jurnalistlərin pullarını mənimsəyənlərin aşkara çıxarılmasında dəqiqlik və maksimum prinsipiallıq gözləyirlər ki, onlar bütün ciddiliyi ilə cəzalandırılsınlar.

Bu, a) bəndidir, burada vacib b) bəndi var: əgər dövlət mənzillərin paylanması zamanı qanunların pozulduğunu təsdiq edirsə, deməli, jurnalistlər üçün tikilmiş iki evdə mənzil alanların siyahısına yenidən baxılmalıdır. O zaman dövlət yardımına ehtiyacı olmayanlar aşkara çıxacaqlar. Bu insanları mənzillərdən çıxarmaq və boşalan  daşınmaz əmlakı mənzili olmayan jurnalistlərə vermək lazımdır.

Lakin istənilən halda,  ədalət və qanunçuluq zəfər çalmayacaq, dövlət rüşvəti onun pis nəticələri ilə belədə qalacaq.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam