Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AYB 150 manata saxta diplom satır? -İDDİA + FOTO

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin müdiri Saman Həsənzadənin (özünü Sayman Aruz kimi təqdim edir - red.) saxta diplom biznesi ilə bağlı sensasion faktlar üzə çıxıb.

Yenixeber.org: Saman Həsənzadə AYB-nin adından əsasən Güney Azərbaycandan olan və Bakıda uğur qazanmaq istəyən yaradıcı insanlara 150 manata saxta diplom satır. Diplomun – Fəxri Fərmanın üzərində onu təqdim edən orqan kimi Azərbaycan Yazıçılar Birliyi göstərilir.

Fəxri Fərmanda möhür olsa da, qurumun sədri, Xalq yazıçısı Anarın imzası yoxdur. Bu da sözügedən Fəxri Fərmanın saxta olduğunu deməyə əsas verir.

Bu saxta “Fəxri fərman”lardan birinə sahib olan təbrizli aşıq Purismayıl Qaraxanlı iki il öncə onu 150 manat ödəməklə aldığını təsdiqləyib. Həmçinin bildirib ki, S.Həsənzadənin güneyli sənət adamlarına və yazıçılara “böyük qayğısı” bununla kifayətlənmir. S.Həsənzadə onları müxtəlif “dərnək”lərə, “federasyon”lara üzv yazdıraraq, ildə 50-70 manat miqdarında üzvlük haqqı da alır. Bu qurumların fəaliyyəti və onlara görə alınan üzvlük haqqının Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığı isə bəlli deyil.

Birliyin təmsilçisi Xəyal Rzazadə Oxu.az-a hazırda məsələ ilə bağlı araşdırmaların getdiyini bildirib:

“Hazırda məlumatın nə dərəcədə dəqiq olub-olmadığını yoxlayırıq. Rəhbərlik məsələ ilə bağlı məlumatlandırılacaq. Qərar əsasında ictimaiyyətə məlumat verəcəyik”. (Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam