Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Virusoloq: "Bu vəziyyətə əvvəlcədən hazır olmaq mümkün deyil -MÜSAHİBƏ

Rusiyalı virusoloq və immunoloq Pavel Volçkov koronavirusla bağlı dünyadakı mövcud vəziyyət, habelə Azərbaycanda bu xəstəliyə qarşı görülən tədbirlər barədə söhbət açıb.

Dünyadakı mövcud epidemioloji vəziyyəti necə dəyərləndirirsiniz? Bu koronavirus nə qədər təhlükəlidir və dünya belə bir pandemiyaya nə dərəcədə hazırdır?

Yenixeber.org: Bu virusun yaratdığı təhlükəni nə böyütməyə, nə də kiçiltməyə ehtiyac var. Dünya üçün böyük bir problem ortaya çıxıb və istər səhiyyə üçün, istərsə də iqtisadiyyat üçün, əlbəttə ki, adi mövsümi qripdən xeyli böyük bir problemdir. Buna qarşı görülən tədbirlərin də misli yoxdur. Koronavirusun havadan damcı vasitəsilə ötürülən respirator vurus olması onu qrip və reviruslar kimi kəskin respirator viruslar ilə yaxınlaşdırır. Lakin koronavirusun yeniliyi vəziyyəti çətinləşdirir. Yəni bu virusa qarşı ilkin immunitetimiz yoxdur, təzə-təzə əmələ gəlir. Əksəriyyətdə bu virus açıq əlamətlər göstərməsə də, bəziləri onu ağır, bəziləri isə ifrat ağır şəkildə keçirir və bunun hansı amillərlə bağlı olduğunu hələ də bilmirik. Dünyanın bu pandemiyaya hazır olub-olmamasına gəlincə, əlbəttə ki, XX əsrin ortalarında baş versəydi, daha təhlükəli olardı. Amma digər tərəfdən baxanda o vaxtlar hava nəqliyyatı indiki sıxlıqla işləmirdi axı. Bütövlükdə isə bu qədər ciddi epidemioloji vəziyyətə bəri başdan hazır olmaq mümkün deyil. Sözsüz ki, aidiyyəti qurumlar mümkün variantları düşünüb-daşınmalı, lakin bütün məsuliyyəti onların üzərinə qoymaq da olmaz. Məsələn, ölkədə karantin tətbiq etmək kimi qərarları hökumətlər, siyasətçilər verir. Bu qərarlar hər bir ölkədə gec verilib və fəsadlar da artıq olub. Bu mənada Çin heyrətamiz nümunə göstərib. Ölkənin 12 əyalətində tətbiq edilmiş az qala hərbi rejim olduqca səmərəli oldu, ölkədə əhalinin sıxlığı da nəzərə alınsa, bu təhlükəni çox tez sovuşdura bildilər. Yumşaq karantin tədbirləri yalnız əhali sıxlığı az olan ölkələrdə səmərəli olur.

 

 

Niyə bu xəstəliyi bəziləri yüngül, bəziləri ağır keçirir?

İnsanla insan arasında fərq var, bunu unutmamaq lazımdır. Aramızdakı fərqlər təkcə zahiri yox, gözə görünməyən, molekul, gen səviyyəsindədir. İmmunitetimizdə, xəstəlik törədicilərə cavab sistemlərimizdə müəyyən fərqlər üs-üstə yığılaraq müxtəlif viruslara müxtəlif reaksiya göstərməyimizdə özünü büruzə verir. Bayaq dediyim kimi bunun məhz hansı amillərlə bağlı olduğunu hələlik bilmirik. Lakin hər halda bəzi insanlarda konkret virus ifrat cavab doğurur, nəticədə ağciyər şişliyi, yerli qanaxmalar, damarlar və ürəkdə ciddi problemlər, qaraciyər və böyrək pozuntuları və s. meydana gəlir. Orqanların bir çox funksiyaları dayanır.

Rusiyada bir aydan artıqdır karantin rejimi tətbiq olunub. Sonrakı vəziyyəti necə görürsünüz?

Bildiyimiz kimi koronavirusun inkubasiya dövrü 14 gündür. Deməli, Rusiyadakı təcrid rejimi iki inkubasiya dövrünü əhatə edir. Əgər həmin bu müddət ərzində hər kəs təcrid olunsaydı, bir aylıq karantin kifayət edərdi.

 

 

Lakin əslində əhalinin təqribən 20 faizi işə gedib-gəlir. Bununla yanaşı, hər kəs dükana, aptekə gedə bilir, nəticədə infeksiya üçün müəyyən şərait var. Hazırda pik nöqtəsinə yaxınlaşmışıq. Karantin ləğv edilsə, bir-iki həftəyə gündəlik yoluxanların sayı 50-100 minə çatacaq. Hər cür hərəkətləri tam məhdudlaşdırmaq da olar, amma bunu lap əvvəldə, pandemiyanın ilkin mərhələsində etsəydilər, onda virusun yayılmasını dəf edə bilərdik. Görünür, Rusiya hökuməti bu epidemiyanı mümkün qədər uzadaraq səngitmək yolunu seçib ki, həm səhiyyə ocaqları ağır xəstələrin hamısına yardım edə bilsin, həm də virusu yüngül keçirənlərin xüsusi çəkisi çox olsun. Belədə koronavirusa yoluxub sağalanlar 70 faizə çatacaq. Bunlar daha sonra virusa qarşı həssas olmayacaq, onu yaymayacaqlar.

Azərbaycanda koronavirusla bağlı vəziyyətə dair fikriniz necədir?

Azərbaycanda əhalinin nisbətən az olması vəziyyəti nəzarətdə saxlamaq baxımdan əlverişlidir. Rəqəmlərə baxsaq, görülən tədbirlər səmərəli olub. Amma bu qənaətin inandırıcı olması üçün insanların, həqiqətən,koronavirus müayinəsindən keçərək COVID-19-a yoluxub-yoluxmamaları müəyyənləşdirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam