Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda DONUZ QRİPİ HƏYƏCANI -270 nəfər...

 

Azərbaycanda DONUZ QRİPİ HƏYƏCANI - 270 nəfər...

Builki payız-qış mövsümündə (2018-ci ilin oktyabrından indiyədək olan dövr) 270-dən çox xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb.

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

A.Əliyevanın sözlərinə görə, aparılan müayinələr zamanı yalnız 1 nəfərdə mövsümi qrip virusu (B qripi) aşkarlanıb: "Bu da mövsümi respirator virusdur. Nümunələrdə pandemik qrip virusları aşkarlanmayıb".

Direktor müavini hazırda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsində artım müşahidə edilmədiyini də söyləyib:

"Ölkədə infeksion xəstəliklərlə bağlı vəziyyət tam sabitdir. Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir. Ağır gedişli kəskin respirator virusa yoluxmalar olarsa, laborator müayinələr üçün nümunələr götürülür və Taun Əleyhinə Stansiyaya verilir. Digər ölkələrdə qrip virusunun olmasına baxmayaraq, Azərbaycanda hələ ki yoxdur".

A.Əlyeva qeyd edib ki, Gürcüstanda donuz qripinə yoluxma halları qeydə alınsa da, virusa yoluxma "alovlanma" səviyyəsində deyil.

RGEM rəsmisi əlavə edib ki, Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir.

A.Əliyeva insanların özlərini viruslardan qoruması üçün bəzi qaydalara riayət etməsini də tövsiyə edib:

"İnsanlar çalışmalıdılar ki, kütləvi yerlərdən uzaq olsunlar, steril maskalardan istifadə etsinlər, xəstə insanlarla təmasda olmasınlar. Xəstə insanlar evdə qalmalı, həkim təyinatı ilə müalicə edilməlidirlər".

Mütəxəssis bunu da qeyd edib ki, hava-damcı infeksiyalarının mövsümü olduğundan RGEM-in yerli şöbələri tərəfindən məktəblərdə də dezinfeksiya tədbirləri vaxtaşırı aparılır. Eyni zamanda, məktəblərdə təmizliklə məşğul olan şəxslər də dezinfeksiyaedici maddələrdən istifadə edərək nəm üsulla təmizlik işləri aparırlar.(trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam