Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"“Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var"-YAP-a başqa partiyadan gələnlərə də etibar etmək olmaz

Musa Musayev (4)

“Bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır, niyə mövqe bildirmirlər?”

“Təbii, bu gün vəzifədən çıxan, ya da çıxarılan narazıdır. Onlar mövqe bildirməyə də bilər. Bəs bu gün vəzifədə olan nazirlər, komitə sədrləri, akademiklər hardadır?!Cənab Prezident minlərlə insana ordenlər, medallar, fəxri adlar verib. Nəyə görə çıxıb öz mövqelərini ortaya qoymurlar?! YAP-ın 700 minə yazın üzvü var. Onlar niyə çıxıb münasibət bildirmirlər?! Bu gün parlamentdə oturan deputatların çoxu YAP-ın dəstəyi ilə seçilənlərdir. Yaxşı, bunlar niyə mövqe bildirmirlər?”

Yenixeber.org: Bunları 2000-2005-ci illərdə Milli Məclisin deputatı, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev “modern.az” saytına geniş müsahibəsində deyib.

YAP Siyasi Şurasının üzvünün fikrincə,  hazırda parlamentdə təmsil olunan YAP-çı deputatların susması da, onların kimlərdənsə qorxması ilə bağlı deyil: “Qorxmurlar… “Bəlkə də qaytardılar” xülyası ilə yaşayanlar var. Bəzi adamların mövqe bildirməməsinin səbəbi var. Birdən YAP hakimiyyətdən gedər, başqa partiya gələr.Hamısı mövqesiz adamlardır”.

Musa Musayev parlamentin komitə sədri Eldar İbrahimovun məlum qalmaqallı açıqlamasını müdafiə edib: “2003-cü ildə ulu öndər xəstələnəndən sonra parlamentdəki deputatların 90%-i səsini çıxarmırdı. Həmin vaxt müxalifət mətbuatında ulu öndərimizi, hakimiyyəti təhqir və tənqid edən yazılar gedirdi. Çox təəssüflər olsun ki, həmin 2003-cü ildə Heydər Əliyevə, cənab Prezidentimizə qarşı xoşagəlməyən yazılar yazanlar bu gün Azərbaycanda çevrilib iqtidarın təbliğatçısı olublar. Sadəcə olaraq həmin insanların adlarını çəkmək istəmirəm. O insanlara evlər də, orden-medallar da, yaxşı ofislər də verilib. Belə deyək də, dost düşmən, düşmən də dost olub. Bu çox pis şeydir”.

Sabiq deputatın fikrincə, YAP-a başqa partiyadan gələnlərə də etibar etmək olmaz: “Bu gün YAP-a başqa partiyalardan da transfer olunanlar var. Məsələn, AMİP-dən, Müsavatdan, AXCP-dən gələnlər var. Bunun da əleyhinəyəm. Başqa partiyalardan bizim partiyaya kimlər gəlirsə, sabah bizim partiyada bir balaca narahatlıq olanda dərhal başqa partiyalara qaçacaqlar. Bəzən deyirlər ki,  müxalifətdə olanlar iqtidara,  iqtidarda olanlar  müxalifətə gəldi. Bu cür adamları bir növ əqidəsiz adamlar adlandırıram. Adamın bir məsləyi, bir məqsədi, bir məramı olar. İnsan olan bəndə bir dinə, bir mənsəbə xidmət edər”.

Musa Musayev deputat Siyavuş Novruzovun da açıqlamalarını dəstəkləyib: “Təbii, Siyavuş Novruzov haqlı olaraq öz iradını bildirib. Amma o iradı təkcə vəzifədən çıxıb getmiş, evində oturmuş eks-nazirlərə bildirmək lazım deyil. Hazırda vəzifədə olanlar və Milli Məclisin deputatları var. Əksəriyyəti YAP-ı, dövlətimizi, dövlətçiliyimizi, hakimiyyəti, cənab Prezidentimizi tənqid və təhqir edənlərə qarşı nə vaxt cavab verib, yaxud da, nə vaxt cavab verəcək?!”

M.Musayev iri biznesi olan şəxslərin deputat mandatı daşımasının qanunsuz olduğunu bildirib: “Bu gün parlamentdə olan deputatlardan bəzilərinin bu iqtidara, YAP-a heç bir aidiyyatı yoxdur. Sön dövrlərdə bəzi deputatlar haqqında yazılanları oxuyuram. Bəzi deputatlar kommersiya ilə məşğul olurlar, böyük biznes şəbəkəsinə sahibdirlər, xaricdə nələrisə var. Bu necə ola bilər?! Milli Məclisin deputatı qanunla bizneslə məşğul ola bilməz. Bu, qanunaziddir…

Kimlərinsə adlarına keçirib bizneslə məşğul olsalar da, bəllidir. Azərbaycan kiçik dövlətdir. 10 milyonluq əhaliyik. Bir-birimiz haqqında məlumatları bilirik. Dəvə girir kolluğa, elə bilir ki, onu görən yoxdur. Bu belə deyil. Gizli heç nə yoxdur. Arzu edirəm ki, hər bir Azərbaycan vətəndaşının biznesi də, hoteli də olsun. Ancaq dövlət məmurları korrupsiyaya qurşanıb, dövlətin milyonlarını, milyardlarını talayıb gedib biznes şəbəkəsi quracaqlarsa, cənab Prezidentimizə qarşı kampaniya təşkil edəcəklərsə, onları lənətləyirəm. Onlara ar olsun! Heydər Əliyevin, İlham Əliyevin verdiyi çörək satqın, xəyanətkar insanların burnundan gəlsin!”

Musa Musayevin fikrincə, hazırda həm parlamentdə, həm hökumətdə xəyanətkar və satqın insanlar var: “Bu insanlar həm parlamentdə, həm hökumətdə də, həm də digər icra strukturlarında var…”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam