Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakının merləri kimlər olub?– Ticarətçi, kommunist, deputat…

 Xəbər verdiyimiz kimi, Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yeni vəzifə verilib

 

Yenixeber.org: Prezident İlham Əliyevin sərəncamı ilə o, Bakı şəhəri İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. Hazırda Bakı şəhəri İcra Hakimiyyəti başçısı vəzifəsi boş olduğu üçün paytaxta müvəqqəti rəhbərliyi də hazırda Eldar Əzizov həyata keçirir.

Azxeber.com indiyə paytaxta rəhbərlik etmiş şəxslərlə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Bakı şəhər İcra Hakimiyyətinin ilk başçısı Ağasəlim Bağırov olub. 1992-ci ilin aprel ayının 15-dən iyul ayının 4-nə qədər bu vəzifədə çalışan A.Bağırov eyni zamanda ölkəmizin Ticarət naziri olub. Qatı kommunist olan A.Bağırovun hazırda vəfat etdiyi, Bakı kəndlərindən birində dəfn olunduğu iddia olunur.

Paytaxtın ikinci icra başçısı Rauf Gülməmmədov olub. 1992-ci ilin 4 iyul tarixindən 1993-cü ilin 3 iyul tarixinə qədər Bakıya rəhbərlik edən R.Gülməmmədov eyni zamanda Baş nazirin müavini, Bakı Baş Tikinti İdarəsinin rəisi, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. 1999-cu il 21 iyun tarixində vəfat edən R.Gülməmmədov paytaxt məzarlıqlarından birində dəfn olunub.

Paytaxtın üçüncü icra başçısı Rəfael Allahverdiyev olub. 1993-cü il iyul ayının 3-dən 2000-ci ilin oktyabr ayının 16-na qədər 7 il bu vəzifədə çalışan R.Allahverdiyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983-1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub. 11 yanvar 2009-cu ildə vəfat edən R.Allahverdiyev Bakıda dəfn olunub.

Paytaxtın dördüncü icra başçısı Hacıbala Abutalıbov olub. 2001-ci il yanvar ayının 30-dan 2018-ci il aprel ayının 21-nə qədər 17 il bu vəzifədə çalışan H.Abutalıbov hazırda Baş nazirin müavinidir. Mer təyinatına qədər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı, baş nazirin müavini vəzifələrində çalışan H.Abutalıbov ən qalmaqallı məmurlardan olub.

Onun vəzifədən azad olunduğuna dair müxtəlif illərdə informasiyalar yayılsa da, bu xəbərlər heç zaman təsdiqini tapmayıb. Hazırda Bakı şəhər İcra Hakimiyyətinə yeni başçı təyin olunmasa da, Prezidentin İlham Əliyevin dünənki sərəncamı ilə Eldar Əzizov Bakı meriyasına birinci müavin gətirilib və mer səlahiyyətlərinin icrası müvəqqəti olaraq ona tapşırıldı.

61 yaşlı Eldar Əzizov bu vəzifə təyinatına qədər Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Xatırladaq ki, ictimaiyyətin yaxından tanıdığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) ilk prezidenti, mərhum Fuad Musayev də 1983-1988-ci illərdə paytaxta rəhbərlik edib. Bakı şəhər Partiya Komitəsinin I katibi olan F.Musayev eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini işləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam