Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

“Mən kənarda qalmağa üstünlük verirəm” –Rasim Balayev

 

“Mən kənarda qalmağa üstünlük verirəm” –

Yenixeber.org: Bu gün xalq artisti Rasim Balayevin doğum günüdür. 71 yaşını qeyd edən aktyor suallarımızı cavablayıb.

- Rasim müəllim, ad gününüzü necə qeyd edirsiniz?

- Təşəkkür edirəm, elə əlavə bir şey yoxdur, ailəmlə keçirəcəyəm. 

- Uzun illərdir hansısa layihələrdə sizi görmürük, bunun səbəbi nədir?

- Məni cəlb edən, maraqlı proyektlər yoxdur, ona görə çox iştirak etmirəm. Amma bu yaxınlarda “saqqızımı oğurladılar”, bir serialda iştirak etdim. Bilirsiniz, bu gün seriallar, proyektlər elə də cəlbedici deyil, istədiyim səviyyədə işlər yoxdur ona görə belə işlərdən uzaq qalıram. 

- Bəs layihələrdə iştirak etmirsinizsə, hardan gəlir əldə edirsiniz? Dolanışığınız necədir?

- Gəlir deyəndə ki, təqaüd alıram,  prezident təqaüdü də alıram, şükür Allaha, dolanışığım pis deyil.

- Rasim müəllim, əvvəllər ictimai proseslərdə aktiv iştirak edirdiniz, son vaxtlar sizi bu məsələlərdə görmürük, səbəb nədir?

- Bilirsiniz, əvvəllər televiziyalarda çox olurdum, bəzi məsələləri müzakirə edirdim. Bu günsə televiziyalar məni çağırsa da getmirəm, çünki orda qoyulan məsələlər, müzakirə olunan mövzular mənim maraq dairəmdə deyil. Əvvəllər yeni layihələri, tamaşaları müzakirə edirdik, indi müzakirə olunası işlər qoyulmur ortaya. Ona görə bu məsələlərdən kənarda qalmağa üstünlük verirəm.

- Bir müddət əvvəl xəstəxanada olmağınızla bağlı xəbərlər yayılmışdı, hazırda səhhətiniz necədir?

- Yaxşıyam indi. Belimdə bir az problem var, o da vurur ayağıma. Müalicə alıram. Ayağıma görə gedib-gəlirəm xəstəxanaya, “tok” verilir. İndi bir həkimim var, müalicə edir məni, hiss edirəm ki, xeyri var, yavaş-yavaş düzəlirəm.(yenisabah)

Əsmətxanım


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam