Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“SATQIN VƏ YALTAQ BİR ADAMDIR…” –Rasim Balayevdən sərt sözlər

rasim

Məşhur kinoaktrisa Şəfiqə Məmmədovanın “Rasim Balayevin də kabineti olub, indi kabineti yoxdur deyə belə danışır” fikrinə qarşı tərəfdən cavab gəlib.

Yenixeber.org: R.Balayev Ş.Məmmədova barədə sərt ifadələr işlədib:

“Şəfiqə Məmmədova ….(qeyri etik ifadələr işlədir) . Mənim kabinetim olmayıb. O kabineti Hökumət Evində kirayə götürmüşdük. Bunun da kabineti var. İstəyir ki, ona təzə bina tikdirsinlər. Kino yoxdur, amma bu, özünə kabinet axtarır. Şəfiqənin dediyi kabineti ittifaq icarəyə götürmüşdü. Biz yazıqların icarə haqqını ödəməyə pulumuz yox idi. Amma bunun yeri də var, pulunu da verirlər. İstəyir ki, bir az mərkəzdə bina tikdirsin”.

“Sizin Şəfiqə xanımla münasibətləriniz gənclik illərindən gərgin olub, yoxsa sonradan arada sərinlik yaranıb” sualına Rasim Balayev belə cavab verib: “Şəfiqə kimdir ki, mən onunla yola getməyim? Onun səksənə yaxın yaşı var, otuz il bu sənətdə olub, əlli ildir sənətdə yoxdur. Amma mən bu gün də sənətdəyəm. Həm də o qadın, mən kişi. Onun rolunu mənə verməyəcəklər, mənim də rolumu ona. O, “mraz”dı, içində qurdlar var. Vaxt var idi Rüstəmin qolundan sallanıb “Rustamulya, Rustamulya” deyirdi. Satqın və yaltaq bir adamdı”.

Qeyd edək ki, Şəfiqə Məmmədova ötən gün “Ölkə.Az”a açıqlamasında R.Balayevin tənqidlərinə cavab vermişdi:

“Rasim də nə vaxtsa kabinetdə oturub. Amma təəssüf ki, indi kabineti yoxdur. Ona elə gəlir ki, mən özüm üçün kabinet istəmişəm. Mən özüm üçün heç nə istəməmişəm. İstədiyim kabinet yox, kinematoqrafçılar üçün bina olub”.(ölke.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam