Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

“Azərbaycan BMT-də Dərbənd haqqında sənəd yaya bilərmi?”- Eks-nazir cavablandırır...(Müsahibə)

 
Xəbər verdiyimiz kimi, dünən BMT İnsan Haqları Şurası Qondarma "DQR"-in hesabatının saytında dərc olunması ilə bağlı bəyanat yayıb.
Yenixeber.org:Məlumata görə, bəyanatda qeyd edilir ki, üzv ölkə, yəni bu halda Ermənistan BMT-nin hökumətlərarası orqanı olan İnsan Haqları Şurasının fəaliyyət istiqamətinə uyğun hesab etdiyi sənədin Şuranın rəsmi sənədi kimi yayılması ilə bağlı müraciət edə bilər. Bu sənədlər təqdim edildiyi şəkildə yayımlanır. Katiblik rəsmi sənəd kimi yayımlanan bu sənədin məzmununa görə heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət sənədin yayılması üçün müraciət edən ölkənin üzərinə düşür”.
İlk baxışdan elə  anlaşılır ki, BMT son bəyanatıyla təcavüzkar  Ermənistanın  təxribatçı hərəkətlərinə bir daha göz yumur və eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır... 
Saytın əməkdaşı məsələ ilə bağlı müraciət etdiyi keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov qısa telefon söhbətində mövzuya aydınlıq gətirib:
- Əvvəla, hesab edirəm ki, son günlər  mediada “qondarma separatçı “DQR” rejiminin hesabatının BMT tərəfindən  yayılması” kimi təqdim edilən  məsələdə biz çox diqqətli olmalıyıq. Hansı mənada? Bunu BMT yaymayıb, yaya da bilməz. Sadəcə, BMT Katibliyi təşkilata üzv olan bir ölkənin sənədlərini yaymaq üçün imkan yaradıb. Yəni, Katibliyə səlahiyyət verilir ki, BMT üzvü olan hər hansı ölkənin istənilən sənədini yaysın. Ermənistan da bu hüququndan  sui-istifadə edərək qondarma “DQR” rejiminin hesabatını öz adından BMT Katibliyinə təqdim edib. Buna da qadağa qoyula bilməz, çünki dediyim kimi,   həmin qurum vasitəsi ilə istəniən sənədi yaymaq BMT üzvü olan hər bir dövlətin hüququdur... 
Təbii ki, ermənilər bu haldan bir təbliğat vasitəsi kimi yararlanırlar və bizimkilər də, yəni bizim bəzi media vasitələri  informasiyanın dəqiqliyini yoxlamadan qeyri-iradi ermənilərin əlinə oynayırlar. Ermənilər sözügedən sənədləri son  dövrdə, demək olar ki, hər il yayırlar. Və belə çıxır ki, Azərbaycan da bunun BMT-nin birbaşa qondarma separatçı erməni rejiminin sənədlərini yaydığına, həmin qanunsuz qurumu  tanıdığına inanır. Bu məsələdə biz ayıq olmalı və sadəcə, buna qarşı gərəkli, adekvat addımlar atmalıyıq. Əslində bu addımı ilə, yəni separatçı rejimin sənədlərini yaymaqla Ermənistan işğalçı, təcavüzkar dövlət olduğunu bir daha təsdiqləyir.  Bunun ən yaxşı yolu odur ki, Azərbaycan da erməni tərəfinə cavab olaraq bir sənəd hazırlamalı və  Ermənistanın yaydığı  sənədin  işğal altındakı Azərbaycan torpaqlarındakı heç bir beynəlxalq qurum və ya dövlət tərəfindən tanınmamış qondarma rejimin maraqlarını əks etdirdiyini sübut etməlidir. Həmin sənəd də BMT tərəfindən yayılmalıdır...
- Yəni bu işi Xarici İşlər Nazirliyi görməlidir?
- Təbii. Azərbaycanın BMT-dəki nümayəndəliyi adından son erməni təxribatını ifşa edən xüsusi sənəd yayılmalıdır. Bu, həmişə belə olub və hesab edirəm ki, indi də belə olacaq. Azərbaycan mediasının isə borcu erməni tərəfinin beynəlxalq və yerli ictimaiyyətə təhriflərlə çatdırmaq istədiyi bu cür təxribatçı informasiyaların qarşısını lazımi peşəkar şərh və təhlillərlə almaqdır...
- Deməli, BMT Katibliyi Ermənistanın göndərdiyi  sənədləri onlara edilən əlavədə Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alındığını əsas gətirib  geri qaytara bilməz?
- Bəli. Həmin sənədlərin yanında onları BMT Katibliyinə göndərən ölkənin nümayəndəsinin  məktubu da olur. Bu məktubda xahiş edilir ki, o sənədlər digər üzv ölkələrin tanış olması üçün yayılsın. 
Onda belə çıxır ki, bu gün  əgər ehtiyac olarsa, Azərbaycan dövləti də BMT Katibliyinə, misal üçün, Güney Azərbaycanda, Dərbənddə, yaxud Borçalıda azərbaycanlıların haqlarının tapdanması haqda hesabat  təqdim edə bilər. Və həmin qurum da heş bir irad olmadan o sənədi qəbul edər?   
- Bəli, bəli. BMT Katibliyi Azərbaycan Respublikası adından prosedurlara uyğun təqdim edilən istənilən sənədi yaymalıdır. Çünki bu, digər üzv ölkələr kimi Azərbaycanın da hüququdur...
- Tofiq müəllim, deməli, beynəlxalq hüquq baxımından  BMT-nin qondarma “DQR”-in “hesabatı”yla bağlı son bəyanatında da hər hansı bir qanunsuzluq, Azərbaycanın ərazi bütövlüyünə qarşı qarşı heç bir hörmətsizlik yoxdur?
- Əlbəttə. BMT Katibliyi hər bir ölkənin hüquqlarına uyğun bir proseduru həyata keçirir. Ermənistan da bundan Azərbaycana qarşı yararlanıb. Azərbaycan da öz hüquqlarından istifadə edib, dediyim kimi, qəti cavab addımı atmalıdır. Yəni, BMT Katibliyi sırf texniki funksiya daşıyan qurum kimi belə sənədləri yalnız yayır, onlara qiymət və ya cavab vermir. Bu cür sənədlərə qiymət və cavab vermək isə onlardan narazı qalan ölkələrin, indiki halda Azərbaycan Respublikasının BMT-yə üzv olan, həmin quruma üzvlük haqqı ödəyən bir dövlət kimi tam hüququdur...(Moderator.az )

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam