Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“OQTAY ƏSƏDOVDA BU QƏDƏR VAR-DÖVLƏT HARDANDIR?” –İlyas İsmayılov spikeri təcili istefaya çağırdı

“Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir?”

ilyas_ismayilov_0209_21871506059051

“Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan “Gəlirlər barədə deklarasiya vermək haqqında” qanun niyə tətbiq olunmur?”

Yenixeber.org: Məlumata görə, Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov “Hürriyyət” qəzetinə müsahibəsində bu sualı aktuallaşdırıb.

Partiya sədri Azərbaycanda islahatların aparılması ilə bağlı suala cavabında bu haqda danışıb. Onun fikrincə, hakimiyyət islahatlardan danışsa da, ciddi heç bir addım atmır: “Əzizim, islahat latın sözü olan “reformare”-dən əmələ gəlib, mahiyyəti mövcud sosial quruluşu məhv etmədən cəmiyyətin, ictimai və dövlət həyatının hər hansı bir sahəsinin, tərəfinin (qanun-qaydalarının, institutlarının, qurumlarının və s.) məhz tərəqqi, irəliləmə istiqamətində yenidən, kökündən dəyişdirilməsi, ayrı cür, ayrı planda qurulması deməkdir. İndi görək, hakimiyyətin və onun məlum məddahlarının islahat adı ilə xalqa və dünya ictimaiyyətinə sırımaq istədikləri, hələ daxili aləmlərini demirəm, əmtəə görünüşü belə olmayan, yaxınları və qohumlarının bir vəzifədən digər vəzifəyə təyin etmələrinin, pensiyaları artırmaq adı altında xalqa dilənçi payı vermələrinin (190 manat pensiyaya 6 manat əlavə olundu) və xalqda birmənalı gülüş doğuran digər “tədbirlərin” bu anlayışla hər hansı bir əlaqəsi varmı? Götürək ölkənin ən ciddi problemi olan korrupsiya ilə hakimiyyətin apardığı “mübarizəni”, başqa sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizədə də mövcud qanunlar işləmir, yaxud bu mübarizə üçün dünya təcrübəsinə uyğun zəruri normativ aktlar qəbul olunmur. Hərdən bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndəsinin “bu sahədə işi gücləndirmək lazımdır” demələri ilə öz vəzifə borclarını bitmiş sayırlar”.

İ.İsmayılov vurğulayıb ki, insanları sözlərlə, çağırışlarla deyil, məhz şəxsi nümunələrlə inandırmaq mümkündür. Bunun üçün bütün hakimiyyət nümayəndələri gəlirləri barədə, qazanclarının mənbəyi və dövlətə ödənilən vergilərin məbləği göstərilməklə, deklarasiya verməlidirlər. “Sözügedən qanunun işləməsinə mane olanlar niyə cəzalandırılmırlar? Əgər doğrudan da islahat tərəfdarlarıdırlarsa, niyə korrupsiya ilə mübarizə üçün zəruri, labüd olan xərclər barədə deklarasiya verilməsi haqqında qanun, vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmalarını qadağan edən cinayət qanunu qəbul olunmur, hələ 2006-cı ildə ikinci oxunuşdan keçən Rəqabət Məcəlləsi üçüncü oxunuşa çıxarılmır? Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir? İş ona gəlib çıxdı ki, artıq korrupsiyanın əyani sübutu olan nazirliyi ləğv edib, əvəzində yeni nazirlik yaratmaq məcburiyyətində qaldılar. Dövlətin əsas rıçaqlarından olan bu nazirliyin cinayət yuvasına çevrilməsində təqsirli bilinən şəxslər nə üçün cəzalandırılmadılar? Beynəlxalq Bankda baş verənlərə görə məsul olan şəxslər nə üçün məsuliyyətdən kənarda qaldılar? Əgər doğrudan da islahatlar keçirilirsə, bu suallara konkret və birmənalı cavab verilməlidir”.

oqtay_esedov3

İ.İsmayılov fikirlərinin davamında bu yaxınlarda parlamentin sədri Oqtay Əsədovun adı keçən qalmaqalı misal göstərib, spikeri sərt sözlərlə təcili istefaya səsləyib. Sitat: “Bu yaxınlarda mətbuatda Milli Məclisin sədri Oqtay Əsədov və onun həyat yoldaşının Moskvada milyonlarla dollar dəyərində obyektlərinin olması və burada qeyri-əxlaqi və qanunsuz fəaliyyətlərin tuğyan etməsi ilə əlaqədar informasiyalar getdi. İlk əvvəl mən bunun qeyri-ciddi məlumat olduğunu düşündüm. Sonradan Fəzail Ağamalının Oqtay Əsədov və onun yoldaşının müdafiəsinə qalxmasından bəlli oldu ki, yazılanlar doğru imiş. Deyilənlərə görə, Oqtay Əsədovun nəinki Moskvada, Binəqədidə və başqa yerlərdə də milyonluq obyektləri var. Düşünürəm ki, bu barədə xalqa hesabat verilməlidir: Oqtay Əsədovda bu var-dövlət hardandır? Yazılanlardan sonra onun onsuz da mənfi olan imicinə böyük zərbə dəydiyi aşkardır. Onda ləyaqət varsa, xalqın səbrini zorlamadan istefa verməlidir!”

Partiya sədri daha sonra xüsusi vurğulayıb ki, iqtidar öz fəaliyyətinə dəstəyi xaricdə deyil, öz xalqı arasında axtarmalıdır.

V.Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam