Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Netayahunun ən güclü rəqibi:"BAŞ NAZİRİN SƏYLƏRİ İSRAİLİ TÜRKİYƏYƏ ÇEVİRƏCƏK"

The Times of İsrael” qəzeti İsraildə keçiriləcək seçkilər ərəfəsində baş nazir Benyamin Netanyahunun əsas rəqibi, “Mavi və Ağ” Partiyasının namizədi Benni Qantzdan müsahibə alıb.

Yenixeber.org: Həmin müsahibəni ixtisarla oxuculara təqdim edirik.

 

İsrail demokratiyası üçün narahatsınızmı?

Bəli, dərindən narahatam.

Netanyahu, şəxsən özünü qorumağa cəhd edir, ekstremist proseslərə imkan yaradır, fikrimcə, bu qəbuledilməzdir. Onun məhkəmələrə və nazirlərinin məhkəmələrə yanaşmasını nəzərdən keçirək. Ədliyyə naziri Ayelet Şakedin məhkəmə islahatı ilə bağlı nə etmək istədiyini gördürük və (həm də başqalarına qarşı buna imkan verərək) cinayət təqibindən immunitet qazanmaqdan ötrü şəxsən bu islahatlarla bağlı qanunvericilik təşəbbüsləri irəli sürəcəyi barədə açıqlamalarını eşidirik.

Görürdüyümüz fenomen – Ərdoğanın özünü istintaqdan və korrupsiyanın qarşısının alınmasına yönəlmiş digər səylərdən qoruduğu Türkiyəni xatırladır. Netanyahu uzun müddət əvvəl deyib ki, baş nazir səkkiz ildən artıq vəzifədə olmamaldır. Bunu heç vaxt söyləməmiş kimi indi yalan danışır və bunu davamlı edir. O heç nəyi izah etmir. Ən azı niyə indiyədək vəzifədə olduğunu açıqlamaq üçün kifayət qədər nəzakətli olmalıdır. Amma heç nə deyilmir. Heç nə. O, kimdir ki, kraldır?

Həqiqətən, İsrail dövlətinin Türkiyə kimi ola biləcəyindən ehtiyatlanırsınız?

Bəli, ona doğru gedirik. Bu, məni çox narahat edir.

Əlbəttə, ümidimi itirmirəm. Yəhudilik – demokratiya üçün ən yaxşı təməldir. Müntəzəm müzakirələr min illərdir ki, ənənəmizə çevrilib.

Bəs Ərdoğan nə etdi? Özü və ailəsini istintaqa cəlb edə bilməməyinizi. Ondan məhkəməyə şikayət verə bilməzsiniz. Nəticədə, Türkiyə sisteminin İsrail versiyasını görəcəksiniz. Bu, eyni sistem olmayacaq, amma bənzər bir şey olacaq.

İnsanlar çox sadə məsələni başa düşməlidirlər: bütün bunlara müsbət alternativ istəyirlərsə, yalnız bir seçim var – seçki qutusunun başında “Mavi və Ağ”a səs vermək. Bu, İsrail rəhbərliyini dəyişdirmək, sionist və təhlükəsiz düşüncəli adamlarla, iqtisadi və ictimai bir baxışla, İsrail cəmiyyətini birləşdirməklə, xalqı idarə etmək.

Ölkənin gələcəyi təhlükə altındadır?

Bəli.

Baş nazir üçün iki dönəm maksimum müddət olmalıdır?

Bəli. Fikrimcə, mühüm məsələ baş nazirin vəzifəsində qalma müddətinin məhdudlaşdırılmasdır. Bu, iki dönəm ola bilər, üç seçki ilə səkkiz il ola bilər. Ancaq rəhbər prinsip baş nazirin vəzifədə qalma müddətini məhdudlaşdırmaqdır…

Netanyahu baş nazirliyinin ölkə üçün həyati əhəmiyyətli olduğuna inanır.

Bəli, bəli, anladım. O, ölkə üçün yaxşı şeylər edib. Ona uzun ömür və can sağlığı arzulayıram. Amma vəzifədən getsə, nə olacaq ki? Biz hər dörd ildən bir Baş Qərargah rəisini dəyişirik, ordu dağılırmı? Hər üç və ya dörd ildə polis komissarını əvəzləyirik, polis dağılırmı? Hər beş ildə “Şin Bet” və “Mossad” rəhbərlərini dəyişirik, bu qurumlar dağılırmı? Xeyr, liderlər yetişir.

Baş nazir vəzifəsi İsraildə siyasi liderliyi təşviq edirmi? Cavab: bəli. Onun cavabı: yox, çünki o, özünə təhlükə yaradan istənilə potensial rəhbərin başını kəsilməli olduğunu düşünür. Halbuki padşah deyil. O, yalnız baş nazirdir.(strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam