Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Netanyahu ABŞ-a uçub-Trampa şəxsən təşəkkür üçün

 

Netanyahu Trampa şəxsən təşəkkür üçün ABŞ-a uçub
İsrailin baş naziri Benyamin Netanyahu Colan təpələrini yəhudi dövlətinin ərazisi kimi tanımağa hazır olduğunu bəyan edən ABŞ prezidenti Donald Trampa şəxsən minnətdarlığını bildirmək üçün Vaşinqtona uçub.
Yenixeber.org: Bu barədə Netanyahu özü tvitterdə yazıb. 

“Mən Trampla Colan təpələri haqqında, onun bu məsələ ilə bağlı tarixi bəyanatı və eləcə də, Suriya haqqında, İrana təzyiqlərin davam etdirilməsi, ABŞ-ın bərpa etdiyi və növbəti sanksiyalar barədə, həmçinin, təhlükəsizlik və kəşfiyyat sahəsində ölkələrimiz arasındakı misli görünməmiş əməkdaşlığa dair söhbət edəcəm” – Netanyahu vurğulayıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq hüquq prinsiplərini və BMTqətnamələrində təsbit olunmuş ümumi konsensusu növbəti dəfə pozaraq, indi də Colan təpələrinin İsrailin ərazisi kimi tanınması zamanının gəldiyini bəyan edib. İstisna edilmir ki, Netanyahunun səfəri zamanı Tramp bununla bağlı rəsmi sənəd imzalaya bilər. 

Xatırladaq ki, 1967-ci ildəki 6 günlük müharibədə İsrail Suriyanın Colan təpələrini işğal edib, 1981-ci ildə isə bu əraziləri birtərəfli qaydada ilhaq edib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam