Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qaşıqçı cinayəti: ABŞ Ər-Riyadı belə vuracaq- Karasik

 

Yenixeber.org: ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasiklə müsahibəni təqdim edirik:

– ABŞ Camal Qaşıqçının müəmmalı ölümünə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcəkmi?

- ABŞ-ın Səudiyyə Ərəbistanı rəsmilərinə müəyyən sanksiyalar tətbiq edəcəyi ehtimal olunur. Konqres istintaqda olduğu kimi, əsas fərdləri hədəfləyəcək Maqnitski Aktının tətbiqini istəyir. ABŞ əvvəlcə Səudiyyə Ərəbistanının bir sıra şəxslərinin vizalarını ləğv edərək cəzalandırmaq, daha sonra əsas mümkün sahələri ayırmağı düşünür.

– Dünya ölkələri Səudiyyəyə qarşı hansı mövqe tuta bilər?

– Digər ölkələr geosiyasi vəziyyətin mürəkkəbliyini nəzərə almaqla, tətbiq olunan sanksiyaların və onların siyasi-iqtisadi təsirləri, əsas da silah satışı baxımından təhlil aparacaqlar. Biz artıq Avropa ölkələri tərəfindən bu məsələyə dair bir sıra fikirlər eşitmişik.

– Baş verənlərin fonunda ABŞ nə uduzacaq və ya nə qazanacaq?

– ABŞ sanksiyaların tətbiq edilməsi ilə uduzmağa davam edir. Çünki bu, Səudiyyə Ərəbistanı ilə bağlı planlarından üz çevirməyə bərabərdir. ABŞ sanksiyaları Vaşinqtonda, xüsusilə Konqresdə qarşıdurma yaradacaq. 2018-ci il noyabrın ortalarında keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl və sonra baş verənlər sanksiyaların miqyas və şiddətinə təsir edə bilər. Əsas məsələ sanksiyaların nə qədər müddətə tətbiq olunacağıdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam