General Kərim Vəliyev:“Ordumuzun arsenalına ən müasir silahlar qəbul edilib” (MÜSAHİBƏ)
“Son illərdə Bakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 1400-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub. Silahlı Qüvvələrimizin şəxsi heyətinin 80 faizi müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə də cəbhəboyu zonada, 30-dək yeni hərbi şəhərcik istifadəyə verilib və bu iş növbəti ildə də davam etdiriləcəkdir”
Yenixeber.org Azərbaycanın Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevin Ordu.az-a müsahibəsini təqdim edir:
- Cənab general, 2017-ci ilin nəticələrini Silahlı Qüvvələr üçün necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələdir. Silahlı Qüvvələrdə aparılan islahatlar dövlətimizin başçısının birbaşa rəhbərliyi və tapşırığına əsasən 2017-ci ildə də davam etdirilib.
Cari ildə Ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, yüksək dəqiqliklə və geniş ərazidə məhvetmə qabiliyyətinə malik silah və hərbi texnika qəbul edilib. Bu proses davamlı surətdə, mərhələlərlə hazırda da həyata keçirilməkdədir. Müdafiə nazirinin tapşırığına əsasən biz bu barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırırıq.
Hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün dövlətimiz tərəfindən lazımi şərait yaradılıb. İl ərzində Silahlı Qüvələrin bütün növlərinin cəlb olunması ilə yüzlərlə döyüş atışlı genişmiqyaslı səhra, komanda-qərargah, taktiki, taktiki-xüsusi və müxtəlif səviyyəli təlim və məşqlər keçirilib. Bundan əlavə, NATOformatında və ikitərəfli hərbi əməkdaşlıq çərçivəsində Ordumuzun şəxsi heyətinin iştirakı ilə beynəlxalq səviyyəli təlimlər və müxtəlif tədbirlər keçirilib.
2017-ci ildə Silahlı Qüvvələrin inkişaf proqramı döyüş hazırlığını, hərbi təhsili, tərbiyəvi işi, şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasını, o cümlədən ordu ilə xalq birliyini nümayiş etdirən hərbi-vətənpərlik və digər sahələri əhatə edib.
- Cənab general, Ordumuzun komplektləşdirilməsinin hansı prinsiplər əsasında həyata keçirilməsi də oxucularımız üçün olduqca maraqlıdır...
- İlk növbədə deməliyəm ki, Silahlı Qüvvələrimizdə həyata keçirilən uğurlu islahatlar və ötən ilin aprel ayında cəbhədə əldə olunan nailiyyətlər onun nüfuzunun daha da artması ilə yanaşı Ordumuzun sıralarına qəbul olmaq istəyənlərin sayının da çoxalmasına səbəb olub. O ki, qaldı Ordumuzun komplektləşdirilməsinə, bu, döyüş hazırlığının səviyyəsi nəzərə alınmaqla düşünülmüş və planlı şəkildə həyata keçirilir.
Qeyd edim ki, artıq Silahlı Qüvvələrimizin şəxsi heyətinin 70 faizi peşəkar hərbi qulluqçularla komplektləşdirilib. Həmçinin Müdafiə nazirinin əmri ilə təkcə son üç ildə əsas döyüş təminatını müəyyən edən vəzifələrə 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qəbul edilib.
Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları olmaq istəyən şəxslərin hərbi xidmətə qəbulu prosesi mərkəzləşdirilmiş qaydada və tam şəffaf şəkildə aparılır. Qəbul vaxtı əsas diqqət namizədlərin sağlamlığı, fiziki və peşə hazırlığı, ümumi bilik səviyyəsi, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinə yetirilir.
Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş vətəndaşlar qəbul imtahanlarına buraxılır və sınaqlardan keçmiş şəxslər müxtəlif ixtisaslar üzrə hazırlıq kurslarına qəbul olunurlar. Müxtəlif müddətdə keçirilən kursları müvəffəqiyyətlə başa vuran namizədlər hərbi xidmətə qəbul olunurlar.
Yeri gəlmişkən bildirim ki, dekabr ayının 11-dən 2018-ci il yanvar ayının 4-dək kurslara qəbul olunmaq istəyən vətəndaşlarımız ərizə ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.
Silahlı Qüvvələrin zabit heyəti ilə komplektləşdirilməsi isə Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri və nazirliyin kadr orqanlarının birgə fəaliyyəti ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Müdafiə Nazirliyi rəhbərliyinin məzunlara olan yüksək tələbləri nəzərə alınaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul imtahanlarında keçid balları xeyli artırılıb. Burada prioritet yüksək biliyə, intellektual səviyyəyə, o cümlədən xarici dilləri bilən və kompyuter bacarıqlarına malik abiturientlərə verilir ki, onların bu bacarıqları təhsil silsiləsi ərzində daha da təkmilləşdirilir.
Onu da vurğulamaq zəruridir ki, Silahlı Qüvvələrin savadlı, mənəviyyatca dayanıqlı və fiziki cəhətdən inkişaf etmiş gənc zabitlərlə komplektləşdirilməsi məsələsi komandanlığın daim diqqət mərkəzindədir və bu baxımdan tələblərə cavab verməyənlər hərbi xidmətdən dərhal kənarlaşdırılır. Bəzən məhz belə şəxslər ordumuz barəsində əsassız iradlar və həqiqətə uyğun olmayan subyektiv mülahizələr irəli sürməyə çalışırlar. Xoşbəxtlikdən belələrinin sayı çox azdır. Onlar ictimai fikrə təsir etmək imkanından belə tam məhrumdurlar. Təəssüflər olsun ki, ordumuza düşmən olanlar və onların tərəfdarları məhz belələrini öz təbliğatlarında bizə qarşı istifadə etməyə çalışırlar. Amma həmişə olduğu kimi müdrik xalqımız belə iftiralara məhəl qoymur.
- Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması cəmiyyətimizi maraqlandıran məsələlərdəndir. Bu sahədə nə kimi yeniliklər var?
- Təbii ki, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması Ali Baş Komandanın və Müdafiə Nazirliyi rəhbərliyinin prioritetlərindən biridir. Son illərdəBakı, Gəncə və Naxçıvanda mindən çox hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 1400-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub.Silahlı Qüvvələrimizin şəxsi heyətinin 80 faizi müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə də cəbhəboyu zonada, 30-dək yeni hərbi şəhərcik istifadəyə verilib və bu iş növbəti ildə də davam etdiriləcəkdir.
- Siz hərbi qulluqçuların sosial müdafiəsi məsələsini qeyd etdiniz. Bunula əlaqədar olaraq bilmək istərdik hərbi qulluqçuların pul təminatı ilə bağlı vəziyyət necədir?
- Bilirsiniz ki, hərbi qulluqçuların və onların ailə üzvələrinin maliyyələşdirilməsi və sosial-məişət vəziyyətlərinin yüksək səviyyədə təmin edilməsi dövlət rəhbərliyinin daim nəzarəti altında olan vacib məsələlərdəndir.
Pul təminatı hərbi vəzifə, hərbi rütbə maaşlarından və xidmət şərtlərində nəzərdə tutulan bir çox digər ödənişlər, eləcə də birdəfəlik pul mükafatından ibarətdir.
Birdəfəlik pul mükafatı hərbi qulluqçunun il ərzində döyüş hazırlığını yüksək səviyyədə saxlamasına, xidməti vəzifələrini vicdanla yerinə yetirməsinə, intizamına və əldə etdiyi nailiyyətlərə görə ödənilir.
Lakin birdəfəlik pul mükafatı mütləq qaydada ödənilən vəsait deyil. Belə ki, il ərzində yol verdiyi nöqsanlara görə cəzalandırılmış hərbiçilər üçün mükafatın miqdarı azaldıla və ya ümumiyyətlə ödənilməyə bilər.
Əslində bu mükafat hərbi qulluqçular arasında sağlam rəqabəti təmin etmək, eyni zamanda onları daha yaxşı xidmət etməyə həvəsləndirmək üçün nəzərdə tutulub.
Bundan başqa, döyüş hazırlığı, tərbiyəvi işin aparılması, hərbi texnika, silah, hərbi-texniki avadanlığın düzgün istismarı, qorunması və döyüşə hazır vəziyyətdə saxlanılmasında yüksək nəticələr göstərən, həmçinin öz ixtisasları üzrə imtahanları müvəffəqiyyətlə verən hərbi qulluqçulara məharət dərəcəsi verilir. Bu, verilən məharət dərəcəsindən asılı olaraq pul təminatına xeyli dərəcədə artım verən əlavə ödənişdir.
- Bildiyimiz kimi 2018-ci ildə Silahlı Qüvvələrmizin yüzillik yubileyi qeyd olunacaq. Bununla əlaqədar ordumuz qarşısında hansı vəzifələrin durduğunu bilmək istərdik?
- Ali Baş Komandanın tapşırığına əsasən, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin təsdiq etdiyi plan və direktivlərin həyata keçirilməsi məqsədilə 2018-ci ildə də ordu quruculuğu sahəsində işlər davam etdiriləcək.
Bu gün biz əminliklə deyə bilərik ki, ən müasir silah növləri və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi istənilən əmri dərhal yerinə yetirməyə hazırdır.