Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“Bizi Olimpiya mərkəzlərinə buraxmırlar...”

Xeberinfo.com:   Gənclər və idman naziri Azad Rəhimov haqqin.az portalına müsahibə verib. Azərbaycan olimpiyaçılarının Rio Yay Oyunlarında əldə etdiyi böyük uğur, Bakıda yeni  başlayan Şahmat Olimpiadası fonunda gənclər və idman naziri ilə müsahibə yerinə düşür. Həmin müsahibənin tərcüməsini kiçik ixtisarlarla təqdim edirik:

-Artıq emosiyalar arxada qalıb və nəticələri soyuq başla analiz etmək olar. Azərbaycan yığmasının Rioda əldə etdiyi nəticələri necə qiymətləndirirsiniz?  Axı 18 medal-bu, tarixi uğurdur və Azərbaycan idmanının tarixində yeni səhifə açır...

-Mən həmişə hətta ən böyük nailiyyətlərə də tənqidi yanaşıram və anlamağa çalışıram ki, nəyə görə daha yüksək nəticə əldə edə bilmədik. Əlbətdə, ərazisi 86.6 kvadratmetr, əhalisi 10 milyon nəfər olan ölkə üçün 18 medal böyük uğurdur. Biz medalların sayına görə effektivlik baxımından dünyada 1-ci yeri tutduq. Əhalinin sayına düşən medal sayına görə isə dünyada 15-ci olduq.

Lakin təəsüf ki, bütün bunlara baxmayaraq Rio Olimpiadası bizim üçün həm də itirilmiş imkanlar oldu. Artıq qızıl medal əldə edəndən ertəsi günü biz üç növ üzrə finala çıxdıq, ancaq hər üçündə gümüşlə kifayətləndik. Üstəlik finalda iştirak edən idmançıların qızıl əldə etmək potensialı var idi. Bu, çox məyusedicidir. Biz Rioda əldə edilmiş uğurlardan hədsiz sevinməli deyilik. Ən azından ona görə ki, Tokioda ölkə bizim idmançılardan daha böyük nailiyyətlər gözləyəcək.

-Bizim yeddi gümüş medalımız var. Yəni yeddi dəfə finalda uduzmuşuq. Bu nədir-idmançılarımızın hansısa psixoloji problemi var, bəxtləri gətirməyib, yoxsa hazırlıq yetərli olmayıb?

-Hamısı kompleks şəkildə baş verib. Bəxti gətirməmək amili də olub. Məsələn, Mariya Stadnik. O, mübarizəyə o qədər aludə olmuşdu ki,  döyüşün sonuna bir neçə saniyə qalmış belə, öz üstünlüyünü möhkəmləndirməyə cəhd etdi, nəticədə fəndə düşüb uduzdu. Bu cür böyük təcrübəyə malik olan idmançı döyüşü təmkinlə qələbəyə aparmalıydı və çoxdan gözlənilən qızıl medalı əldə etməliydi. Bu, sadəcə insanın xarakteridir, döyüşçü ruhudur.

Yaxud bizim idmançıya rəqib tərəfindən mənəvi təzyiq cəhdi də oldu. Ad çəkmək istəmirəm, ancaq idmançımız onun ünvanına haqq etmədiyi iradları və sözləri eşidəndən sonra o qədər məyus oldu ki, növbəti döyüşü normal keçirə bilmədi.

Bundan başqa, mən artıq qeyd etmişəm ki, olimpiya çempionumuz Toğrul Əsgərov finalın lap əvvəlində başından zərbə aldı. Rəqibi bunu qəsdən etdi, ya təsadüfən? Mühakimə etmək istəmirəm, ancaq bu zərbədən sonra Toğrulun gözü qaraldı və dediyinə görə, heç nə görə bilmədi. Yenə də təcrübədən istifadə etməliydi. Döyüşü dayandırmaq və həkimə müraciət etmək lazım idi. Bu, idmançıya özünə gəlməyə imkan verərdi və döyüşü daha sonra normal davam etdirərdi.

-2012-ci il Olimpiadasında biz 10 medal qazanmışdıq, 2016-cı il Oyunlarında isə 18 medal qazandıq. Londonda biz 53 idmançı ilə çıxış edirdik, Rioda isə 56. Fərq azdır, ancaq medalların sayı az qala iki dəfə çoxdur...

-Burada da birmənalı cavab yoxdur. Məsələn, biz 3 medalı ilk dəfə taekvandoda qazandıq. Burada bizim məşqçi Reza Mehmandostun rolu böyükdür. Xarici mütəxəssislərin də təsdiq etdiyi kimi, o, hazırda dünyada ən yaxşı məşqçidir. Komandanın qarşısına konkret tələb qoyur, bu da uğura aparır.

Avarçəkmədə də biz bu yolu keçdik. Londonda Valentin Demyanenko zədə aldı və medalsız qaldı. Rioda qızıl medal almalıydı, ancaq gümüşlə kifayətləndi. Bununla belə biz buna doğru irəlilədik, yəni nəticə əldə olunmalıydı.

İnna Osipenko-Radomskayanın komandaya cəlb olunması da uğurlu oldu, o, bürünc qazandı. Tokioda da çıxış etməyə hazırdır. İnna deyir ki, daha sonra Azərbaycanda qalıb məşqçilik etmək istəyir. Bu insan ölkəmizdə qalıb uşaqları məşq etdirmək niyyətindədir. Bu da legionerlərin bizə nə qədər gərəkli olduğuna bir nümunədir.

Boksda idmançılarımızın sayı çox olsa da əvvəllər bürüncədən o yana keçə bilmirdik, bu dəfə gümüş qazandıq. Dzüdoda iki gümüş medalımız var. Bunda da məşqçinin xidməti böyükdür. Lakin hesab edirəm ki, Peter Zayzenbaher xaricdə keçirdiyi təlim-məşq toplantılarının sayında bir balaca ölçünü aşır. Əlbətdə, mən bütün idman növləri üzrə mütəxəssis ola  və bütün məşqçilərin səviyyəsini ölçə bilmərəm. Bu, real deyil. Bu mövzuda mübahisə etmək olar, ancaq hesab edirəm ki, insan orqanizmi bu qədər çox təlim-məşq toplantısına və bu cür yanaşmaya davam gətirə bilməz. Londonda medal qazanmadığımızı nəzərə alsaq dzüdoda iki gümüş medal uğurdur. Lakin sual yaranır: niyə iki qızıl yox? Bəlkə, doğrudan da çox yorulublar? Bu məsələdə dəyənəyin iki tərəfi var.

İstənilən halda Rüstəm Orucov və Elmar Qasımov bu uğura çoxdan yaxınlaşırdılar. Yaxşıdır ki, dzüdo Federasiyası yerli kadrlar hesabına bu uğurlara nail olur. Əla baza var. Yeri gəlmişkən, Bakıdakı çempionatda 500-dən çox uşaq iştirak edir. Düzgün selektiv yanaşma olsa resurslar əldə ediləcək.

-Siz legionerlər məsələsinə toxundunuz. Bu qədər çox sayda legionerin Azərbaycan yığmasına cəlb edilməsinin nə mənası var? Razılaşın ki, milli komandanın tərkibində kubalı boksçunu görmək adama qəribə gəlir. Onu özümüzünkü kimi qəbul etmək çətindir...

-Bəs İtaliya komandasında niyə kubalı boksçu və güləşçi çıxış edir? Bəs niyə 10 min metr məsafəyə qaçan amerikalı atlet diz üstə çöküb Allaha dua edir? Bu gün qloballaşma dövründə, təkcə insanların deyil, bütöv şəhərlərin bir nöqtədən başqa nöqtəyə köçdüyü bir vaxtda nəyə görə biz özümüzü legionerlərdən kənarda tutmalıyıq?

Boksçu Lorentso Sotomayor səmimi etiraf edir ki, o, Kubanın kasıb məhəlləsində yaşayırdı, onu tapdılar, Azərbaycana gətirdilər, normal şərait yaratdılar. O, deyir ki, burada olmaqdan xoşbəxtdir və heç yana gedən deyil, hətta adını dəyişmək istəyir. Bu adamı necə legioner saymaq olar?

Başqa misal gətirim. Bu gün avarçəkməni necə inkişaf etdirmək olar ki, ölkədə cəmi bir baza var, o da əhalisi 100 min nəfər olan Mingəçevirdə yerləşir? Bakıda da baza lazımdır. Lakin burada münasib yer yoxdur. Məsələ cənab prezidentə məruzə ediləcək. 

Xahiş edəcəyik ki,  Bayraq Meydanı tərəfdə avarçəkmə ilə məşğul olmağa şərait yaradılsın. Bu gün xeyli valideyin istəyir ki, uşaqları bu idman növü ilə məşğul olsun. Onlar xahiş edirlər ki, Mingəçevirdə tədris korpusu və yataqxana tikilsin, uşaqların bu idman növü ilə məşğul olmasına şərait yaradılsın. Bu halda onlar uşaqlarını Mingəçevirdə qoymağa hazırdır. 

Planlaşdırdıqlarımızı həyata keçirmək hələ mümkün olmayıb, ancaq biz buna doğru gedirik.

-Rio Olimpiadasında Azərbaycan yığmasının təxminən 60 faizi gəlmələrdən ibarət idi. Nazirlik Tokio Olimpiadasında bu faizi aşağı salmağa çalışacaqmı?

-Əlbətdə, bu gün nazirliyin və federasiyaların vəzifəsi Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentinin dəstəyi ilə ondan ibarətdir ki, əcnəbi idmançıların sayı azaldılsın. Nazir kreslosunda oturan istənilən normal adam deyə bilməz ki, Azərbaycan yığmasında legionerlərin sayını artırmaq istəyir.

-Lakin biz bu gün oxatma, marafon qaçışı və digər idman növlərində legionerləri görürük. Bəyəm bütün idman növləri üzrə təmsil olunmaq belə vacibdir? Axı Azərbaycan üçün xarakterik olmayan idman növləri var ki, əhali onlara heç maraq göstərmir...

-Bu məsələ mənə də maraqlıdır. Biz həmin oxatmanı və ya 2020-ci il Oyunlarına daxil edilmiş sörfinqi inkişaf etdirməyə borclu deyilik. Heç kim bizi məcbur etmir ki, Olimpiadada bütün idman növləri üzrə təmsil olunaq, lakin...

Niyə mən özüm 1978-ci ildə uşaq-gənclər idman məktəbinin həndbol bölməsinə yazıldım? Nəyə görə 80-ci illərdə həndbolu seçdim və hətta yığma komandada oynadım? Mən 134 saylı məktəbdə oxumuşam, 189 saylı məktəbdə də dostlarım var idi və ora tez-tez gedirdim. Həmin məktəbdə məşqçi Valeri Botov həndbol məşqləri keçirdi. Mənə maraqlı gəldi və həndbolla məşğul olmağa başladım.

-Ancaq sovet dövründə həndbol populyar idi, Azərbaycanın hətta qadınlardan ibarət güclü komandası da vardı...

-İndi sırf emosial olaraq deyirik ki, sovet dövründə həndbol populyar idi. O vaxtlar məktəblərə gedirdilər və seçim aparırdılar. İndi təəsüf ki, bu yoxdur. Sovet dövründə uşaq-gənclər idman məktəbi var idi. Hər məktəbdə bu və ya digər idman növü üzrə dayaq bazası olurdu. Təəsüf ki, indi bunlar yoxdur. Ancaq hər şey məktəbdən başlayır. Biz bütün bunları itirmişik.

-İdmanın inkişafına əngəl olan səbəblərdən biri kimi idman komplekslərində yüksək abunə haqlarıdır. Mən bir çoxlarını tanıyıram ki, istəyirlər uşaqları üzgüçülüklə məşğul olsun, ancaq maddi imkanları buna yetmir. Nəticədə Azərbaycan gələcək üzgüçülərini itirir...

-Xəbəriniz var ki, Bakı Su İdmanı Mərkəzində abunə haqqı nə qədərdir? Qiymətlər istənilən başqa hovuz kompleksindən 3-4 dəfə aşağıdır. Hazırda orada 1700 nəfər üzgüçülüyə yazılıb və üzür. Və hamı razıdır. Mərkəzdə üç hovuz var, biri suya tullanma üçün, ikisi 50 metr məsafəyə üzə üçün. Məşq hovuzu ona görə unikaldır ki, orada dib yuxarı qalxır, nəticədə uşaqları da öyrətmək mümkün olur.

Üstəlik, hovuzlardan biri uzununa yox, eninə bölünüb,  nəticədə daha çox üzmə zolağı əldə edilib. Digər hovuzda peşəkarlar üzür. Azərbaycanın üzgüçülük, triatlon, veloidman üzrə yığmasının üzvlərinə giriş tam pulsuzdur. Seksiyalar təşkil olunub, trenajor zalları var. Hər şey düşünülüb.

Mərkəzin zirzəmisində suyu təmizləyən, rütubəti saxlayan, elektrik enerjisi ilə təchiz edən nəhəng zavod var. Orada suyu xlorsuz təmizləyən sistem quraşdırılıb. Bütün bunları saxlamaq lazımdır. Sistem böyük miqdarda elektrik sərf edir. Bəs kim bunun pulunu ödəyəcək? Dövlətdən dotasiya xahiş edək? Ona görə də müəyyən abunə haqqı müəyyən edilib.

-Ancaq bir çox Olimpiya kompleksləri bağlıdır...

-Mən hansısa kompleksin bağlı olduğunu sübut edən adama mükafat verməyə hazıram...(gülümsəyir)

-Məsələn, ötən il Qusarda biz özümüz Olimpiya Mərkəzinə girə bilmədik...

-Qusardakı Olimpiya kompleksinin Gənclər və İdman Nazirliyinə dəxli yoxdur. Bu kompleks Azərbaycan Beynəlxalq Bankı tərəfindən tikilib. Qusar, Şəki, Zaqataladakı Olimpiya kompleksləri Beynəlxalq Banka məxsudur. Və bizim nazirliyin işçilərini də ora buraxmayıblar. Beynəlxalq Bankdan xüsusi icazə gətirməyi istəyiblər.

-Necə ola bilər ki, nazirliyin əməkdaşlarını Olimpiya mərkəzlərinə buraxmasınlar?

(davamı olacaq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam