Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Səttar Möhbalıyev: “Prezident İlham Əliyevin Misirə səfəri əlaqələrimizin genişlənməsinə təkan verəcək”

“Hər bir dövlətin demokratikliyi, humanistliyi, o cümlədən mahiyyəti onun xarici siyasi fəaliyyətində daha aydın görünür. Məhz milli maraqlar üzərində qurulan Azərbaycanın xarici siyasi strategiyası müstəqil, bərabərhüquqlu xarakter daşımaqla tam ədalət üzərində qurulub. Və bu da ölkəmizə qlobal miqyasda böyük nüfuz gətirib, dünya birliyində mövqelərini xeyli yüksəldib. Dövlətimizin xarici siyasətinin mühüm istiqamətlərindən birini də müsəlman ölkələri ilə əlaqələr təşkil edir. Ümumiyyətlə, Azərbaycan İslam həmrəyliyinə əvəzsiz töhfələr verən ölkələr sırasındadır. Məlumdur ki, dünyada islamofobiya meylləri artmaqdar. Azərbaycan isə bu xoşagəlməz, ağır fəsadlara yol açan mənfi düşüncəyə qarşı beynəlxalq miqyasda qətiyyətlə mübarizə aparır. Eləcə də mən 2008-ci ildən başlayaraq təşkil olunan Bakı Prosesinin əhəmiyyətini qeyd etmək istərdim. Belə ki, bu beynəlxalq platforma müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirərək mədəniyyətlərarası dialoqun təbliğinə güclü kömək olub”.

Yenixeber.org: Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın müsəlman ölkələri arasında münasibətlərinə xüsusi önəm verdiyi ölkələrdən biri də Misirdir: “Məlumdur ki, Misir həm müsəlman aləmində, həm də dünyada böyük nüfuz sahibdir və Azərbaycanla əlaqələri daim yüksələn xətlə inkişaf edib. Öncə onu vurğulayım ki, Misir Azərbaycanın müstəqilliyini daha tez tanıyan və əlaqələr quran ölkələrdəndir. Həmçinin dost ölkə Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə yaxınlaşmasına, əlaqələrinin inkişafına hər zaman yaxından dəstək olub. Habelə Azərbaycan və Misir beynəlxalq təşkilatlarda da bir-birinin mövqelərini müdafiə ediblər. Yeri gəlmişkən, uzun illər davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanlarında biz Misirin də məsələyə ədalətli yanaşmasının şahidi olmuşuq. Belə ki, bu ölkə bütün beynəlxalq platformalarda açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və haqlı mövqeyini müdafiə etmişdir”.

“İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxarmış 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Misirə işgüzar səfərini xüsusi olaraq qeyd etmək istərdim. Bu səfər həm də əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm daşımışdır. Eləcə də 2007-ci ildə Prezident İlham Əliyevin Misirə baş tutan rəsmi səfəri əlaqələrimizdə yeni səhifələr açmış, siyasi, iqtisadi əməkdaşlığın dərinləşməsinə zəmin yaratmışdır. 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də məhsuldarlığı ilə yadda qalıb, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verib”, - AHİK sədri bildirib.

Səttar Möhbalıyev vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Misirə bu rəsmi səfəri də əlamətdarlığı ilə yadda qaldı: “Prezidentlərin mətbuata bəyanatlarla çıxışı zamanı hər iki lider mövcud münasibətlərdən məmnunluq ifadə etdilər və əlaqələrin bundan sonra da müxtəlif sahələr üzrə inkişaf etdirməyin vacibliyini dedilər. Qarşıdakı hədəflərdən biri də ticarət dövriyyəsinin həcminin artırılmasıdır. Eyni zamanda nəqliyyat dəhlizləri məsələsi də gündəmdədir. Əminik ki, səfər çərçivəsində bir sıra vacib sənədlərinin imzalanması və əldə olunan razılaşmalar müəyyən olunmuş hədəflərə çatmaqla yanaşı, dostluq münasibətlərini də daha da dərinləşdirəcək, əlaqələrimizdə yeni və mühüm səhifələr açacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam