Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

“Şanlı tariximizdə daha bir Qələbə səhifəsi açıldı” -Səttar Möhbalıyev

“Bu gün hər bir vətəndaşımız, eləcə də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız böyük fərəh içindədir. Daha bir möhtəşəm Qələbənin sevincini yaşayırıq. Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülməsi, həmin kəndlərdə Dövlət bayrağının ucaldılması şanlı Zəfərimizin davamı, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi və xalqımıza böyük hədiyyəsidir”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı böyük tarixə sahibdir, kamil bir xalqdır, ağır sınaqlardan uğurla keçib: “Odur ki, atdığı hər bir addımın, qəbul etdiyi qərarların mahiyyətini və məsuliyyətini dərindən dərk edir. Xalqımız cənab İlham Əliyevi ölkə başçısı seçərkən əmin idi ki, qarşıda duran taleyüklü vəzifələrin öhdəsindən yalnız o gələ bilər. Bu günün mənzərəsi isə hər şeyi deyir: tam müstəqil, suveren, Qalib, regionun lideri Azərbaycan. Dövlətimizin gücü, qüdrəti sözdə deyil, reallıqdadır, göz qabağıdadır. Hamı bilir və qəbul edir ki, Azərbaycanın iştirakı olmadan regionda kimsə daşı-daş üstə qoya bilməz, hansısa layihənin ərsəyə gəlməsindən, ümumiyyətlə, danışa bilməz. Biz gördük ki, həm Vətən müharibəsi və ondan sonrakı dövrdə, eyni zamanda antiterror tədbirləri ilə əlaqədar, ümumiyyətlə, son 4 ildə Azərbaycanın apardığı ədalətli siyasətə, sülh səylərinə mane olmaq istəyən nə qədər qüvvələr var. Onlar bütün çirkin variantlara əl atırdılar ki, münasibətlərin normallaşması prosesinə əngəl olsunlar. Hətta aranı yenidən qatmaq üçün Azərbaycanı hücuma hazırlaşmaqda günahlandırırdılar. Hesab edirdilər ki, bununla guya bizə hanısısa təzyiqi göstərə biləcəklər. Dövlətimizin başçısı cənab İlham Əliyevin əzmkarlığı, qəti mövqeyi və diplomatik bacarığı sayəsində sözügedən dörd kəndin sahibinə qaytarılması ilə bütün bu cəhdlər uğursuzluğa düçar oldu”.

“Son Qələbəmiz də sübut etdi ki, bir qarış da olsun torpağımızı heç kimə güzəştə gedən deyilik. Bizim üçün torpaq, Vətən ən müqəddəs anlayışdır. Ona görə də hər kəs gözlərini açıb Azərbaycan xalqını və dövlətini, onun rəhbərini yaxşı tanısın. Əminik ki, yaxın gələcəkdə hər dörd kənddə abadlıq-quruculuq işlərinə başlanılacaq, işğalın bütün fəsadaları aradan qaldırılacaq. O cümlədən sakinlərin öz yurdlarına dönməsi, xoş və firavan həyat sürməsi üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılacaq”, - AHİK sədri fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam