Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"İran-Azərbaycan münasibətləri qaneedici deyil"

 

"Xeberinfo.com":  Məlumata görə, İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani AzVision.az-a müsahibəsində özü və iki ölkə arasındakı münasibətlərlə bağlı maraqlı fikirlər səsləndirib. 

- Hazırda hansı işlərlə məşğul olursunuz? 


- Hazırda bir politoloq kimi siyasi və beynəlxalq məsələlər haqda şərhlər yazıram, müsahibələr verirəm, seminarlarda və konfranslarda çıxış edirəm, tələbələrin suallarını cavablandırmaq üçün universitetlərə dəvət olunuram. Ailə məsələlərilə məşğul oluram və bir az da istirahət edirəm. Tehranda yaşadığım üçün hərdənbir qohumlarımı görməyə Ərdəbilə gedirəm.

Hələ ki, bu ədalətsiz və yalan dünyada yaşayıram. Yaşayarkən də tədqiqatlar, yazılar və adi həyat işlərilə də məşğulam. Yaxşi ki, bu internet var, yoxsa tükənərdim. 

- Bakıya gəlirsinizmi? 
- Hərdənbir gəlirəm.

- Yenidən Bakıda səfir işləmək istəyərsinizmi? 
- Ümumiyyətlə, səfir olmaq istəmirəm.

- İran-Azərbaycan münasibətləri barədə nə deyə bilərsiniz? 
- Iran-Azərbaycan əlaqələri Əhmədinejat zamanı ilə müqayisədə bir az yaxşılaşsa da, hələ də qaneedici deyil.

- Gələcəkdə Bakıda yaşamağı planlaşdırmısınızmı? 
- Arada Bakıya gəlib-qayıtmaq kifayət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam