Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İran münaqişələrin danışıqlar yolu ilə həll olunacağına inanır” -Səfir

Cavad Cahangirzaə

İranın Azərbaycandakı səfirliyi İslam İnqilabının 38 ildönümü ilə əlaqədar qəbul təşkil edib.

Xeberinfo.com:  Tədbirdə çıxış edən səfir Cavad Cahangirzadə bildirib ki, İran regional və beynəlxalq münaqişələrin sülh və danışıqlar yolu ilə həll olunacağına inanır.

"Son illər İran zalım və ədalətsiz sanksiyalarla üzləşib. Lakin elm və texnologiya sahəsində inkişafımız dayanmayıb. İran qonşuları ilə, xüsusilə Azərbaycanla ən yaxşı münasibət qurmaq əzmindədir. Bu ölkə ilə bizi ümumi dini, mədəni və tarixi bağlar bağlayır. Dost və qardaşlıq əlaqələri iki ölkə arasında əlaqələrin böyük potensialının olduğunu göstərir. İki ölkə arasında Şimal-Cənub nəqliyyat dəhlizinin icrası böyük strateji əhəmiyyətə malikdir. Münasibətlərimiz hazırda ən yüksək səviyyədədir", – deyə o vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev isə bildirib ki, Azərbaycan və İran xalqlarını dərin tarixi dostluq əlaqələri və ümumi mənəvi maraqlar birləşdirir: “İranla Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində əlaqələr dərinləşir, ticarət dövriyyəsi artır. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Ümid edirəm ki, bu əlaqələr bundan sonra da inkişaf edəcək".  (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam