Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

“Mən onları parlament iclasında da darmadağın etmişdim”

 

Bu gün 1994-cü ildə Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında imzalanan atəşkəs müqaviləsinin 21-ci ildönümüdür.
 
"Xeberinfo.com":  Xatırladaq ki, həmin "Bişkek protokolu"nu Azərbaycan tərəfindən o vaxtkı parlament sədri Rəsul Quliyev imzalamışdı, illər uzunu bundan ona qarşı istifadə edilib və Qarabağın itirilməsində bu razılaşmanının rolu olduğu iddia olunub.
 
Strateq.az xəbər verir ki, Rəsul Quliyev Moderator.az-a açıqlamasında bu iddiaların əsassız olduğunu istənilən vaxt hər kəsə sübut etməyə hazır olduğunu bildirib:
 
"1994-cü ildə imzalanmış müvəqqəti atəşkəs protokulunun 21 ildən sonra Qarabağ probleminə necə təsir etdiyini müzakirə mövzusuna çevirmək, bundan "qara piar" kimi istifadə etmək gülüncdür. Mən bu tip adamları 1994-cü il parlament iclasında da darmadağın etmişdim, indi də darmadağın etməyə hazıram. Hakimiyyətə gəlmək naminə Şuşa verildi, ardınca Kəlbəcər. Sözsüz, 1994-cü ilin mayında indiki müxalifət qəhrəmanları ermənilərin Mingəçevirə qədər, yəni Kürün sağ sahilinə qədər torpaqlarımızı işğal edəcəklərinə və onların çiyinlərində yenidən hakimiyyətə gələcəklərinə ümid edirdilər, bu protokol bu işin baş verməsinə imkan vermədi, Azərbaycanın əlavə işğal olunacağı 30 faiz torpaqları xilas oldu. "Vətən", "torpaq" deyib fəryad qoparanlara əslində hakimiyyət lazımdı, vətən və torpaq yox. Bir sözlə, mən hər an istənilən bir şəxslə (o cümlədən özünə inanan tarixçilərlə) bu mövzuda debata çıxmağa və necə cılız olduqlarını sübut etməyə hazıram".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam