Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xalq artisti gənc həmkarı iləAYA UÇDU - VİDEO

Xalq artisti gənc həmkarı ilə AYA UÇDU - VİDEO

Aygün və Raufdan şoubiznesə çoxdanışılacaq mesaj var!

 Yenixeber.org: Xalq artisti Aygün Kazımova ilə müğənni Rauf Əhmədov 2018-ci ilin fevral ayında tanış olub. Elə o ərəfədə Aygün Kazımovaya Raufun komandasından 2 hazır mahnı təqdim olunub. Xalq artisti razılaşdəqdan sonra mahnılara və kliplərə start verilib. İlk hit "Yaraşdın mənə" onların tanışlığını ifadə edirdisə, növbəti hit sənətdə və yerli şou-biznesdə zəncirləri qıran, çərçivələri sevməyən, sərhədləri keçən hər iki ulduzun səhnədə yaşadıqları sevgiyə qovuşmasını ifadə edib. Bu sevgi yerdəki ulduzlara görə deyil, bu sevgi zirvədə, atmosfer qatlarının ən üstündə, nəhayət Ayda yaşanmalıdır!

İdeyası, musiqisi və sözləri Nicat Məlikova aid olan növbəti hitin saund prodüseri yenə də Fərid İsmayılovdur. Çox böyük səs gətirəcəyi gözlənilən "Aya" hitinə ifaçılar bənzərsiz və çox orjinal bir klip çəkdirib. Rejissorluğu da öz öhdəsinə götürən Nicat Məlikovun bu dəfəki çəkiliş qruppasının əsas adlarından biri operator Rauf Qurbanıliyevdir.

"AYA" hiti sanki buludların üzərində canlanır. Qalmaqaldan, sosial şəbəkələrdəki, efirlərdəki biabırçılıq və zövqsüzlüklərdən qaçan Aygün və Rauf əsl ulduzların yeri olan Ayı özlərinə məskən seçirlər. Musiqi ilə pozitiv bir eşq yaşayırlar, rəqsləri və şıltaqlıqlar ilə tam bir harmoniya içindədirlər. "Yerdə yoxdur bizə yer", "Uçuruq Aya" deyən əsl ulduz cütlüyü həm də yeni ulduz müharibələrinə hazırlaşır. Amma bu dəfə onlara qoyulmuş yerli çərçivələrdən kənarda və bəlkə də çoxlarının əli çatmayacaq qədər uzaqda!

Klip Aygün Kazımovanəın obrazı üzərində tanınmış stilist Ruxa ilə dünya şöhrətli dizayner Rüfət İsmayıl çalışıb. Raufun yeni imicini isə Kadir Amir hazırlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam