Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Karantin rejimində qalan tanınmışlar:“Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

Bildiyimiz kimi yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bir çox ölkələrdə karantin rejimi tətbiq olunub. Bu müddət ərzində insanların bəziləri kitab oxumaq, film izləmək, bəziləri isə ümumiyyətlə evdə qalmağı ən böyük üstünlük hesab edirlər.

 

Yenixeber.org: Bəs, görəsən, karantin rejimində tanınmışlar öz vaxtlarını necə dəyərləndirirlər?

 

Yenixeber.org: Tanınmışlarla sorğunu təqdim edirik.

 

Əməkdar artist Baloğlan Əşrəfov evdə nəvələri ilə daha çox vaxt keçirdiyini bildirib:

 

“Bu, əgər tək bir ölkədə baş versəydi, deyərdim ki, təşkil olunmuş bir şeydir. Ancaq görürük ki, bütün dünya bu virusdan əziyyət çəkir. Mən də həssas adamam, bu virusdan qorunmaq üçün də hər gün tibbi vasitələrdən istifadə edirəm ki, ondan uzaq olum. Hətta insanlarla ünsiyyətdən də qaçıram. Çox təəssüf ki, bütün dünya bu virusun qarşısında acizdir, gün ərzində minlərlə insan qurbana çevrilir. Xalqıma tövsiyyə edirəm ki, bunu zarafata salmasınlar. Düzü mən də əvvəllər bu virusun real olduğuna inanmırdım. Hətta mənə gülünc gəlirdi. Ancaq prosesləri izlədikcə əmin oldum ki, zarafat yox, reallıqdır".

 

Əməkdar artist hesab edir ki, koronavirus ən çox sənət adamlarına zərbə vurub:

 

“Səhv etmirəmsə, böyük sənətkarımız Cabbar Qaryağdının sözləridir, deyib ki, İranda bir dənə top gülləsi atılsa, onun zərbəsi gəlir Azərbaycanda sənət adamlarına dəyir. İndi bu koronavirusun yayılması ən çox sənət adamlarına, müğənnilərə zərbə vurdu. Bilirsiniz niyə? Ona görə ki, el məclisləri, saraylardakı konsertləri əlindən alındı. Pul qazanmaq üçün bizim şansımız toylar idi, o da yoxdur. İndi ancaq evdə oluram, bu günləri ailəmlə birlikdə keçirirəm. Düşünürəm ki, koronavirusun bir xeyirli tərəfi də var ki, o da ailənə, sevdiklərinə ayırdığın zamandır. Ümid edirəm ki, tez bir zamanda hər şey öz axarı ilə gedəcək və biz yenə əvvəlki günlərimizə qayıdacağıq”.

 

Xalq artisti, cazmen Cavan Zeynallı efirlərdən uzaqlaşdığını, ancaq evdə vaxt keçirdiyini olduğunu vurğulayıb:

 

“Biz sənət adamlarıyıq və ürəyimiz də təmizdir, məqsədimiz də odur ki, tamaşaçılara xoş aura ötürək. Məhz buna görə də, hər birimiz istəyirik ki, koronavirus ölkəmizdən yox olub getsin. İnanın ki, sosial şəbəkələrə, saytdakı  xəbərlərə  baxmağa da qorxuram. Bunun üçün də insanlara tövsiyə edərdim ki, özləri ilə spirt gəzdirsinlər, əl verib görüşməsinlər. Bizdə adətdir axı, can-ciyər adamları görəndə, o dəqiqə öpürlər. Şəxsən mən belə adam olanda onları itələyirəm ki, mənə yaxın durmayın. Deyirəm ki, əliniz cibinizdə olsun. Qıraqdan deyirlər ki, Cavan müəllim qorxur.  Əlbəttə ki, qorxunc bir virusdur, bu tək ölkəmizdə deyil, bütün dünyada qlobal bir müharibəyə çevrilib. Evdə daha çox vaxt keçirirəm. Bu virus ölkədə aşakarlanmamışdan qabaq, hər gün yoldaşımla parkda hava almağa çıxırdıq. Amma indi çölə çıxmağa da qorxuruq”.

 

Xalq artisti Gülyanaq Məmmədova isə vaxtını daha çox ailəsinə və yaradıcılığına sərf etdiyini deyib:

 

“Təbii ki, bu günlərdə övladlarımla birlikdə keçirməyə daha çox üstünlük verirəm. İlk dəfədir ki, bu qədər zamanım olub. Bilirsiniz ki, bizim də vaxtımızın böyük bir hissəsini el şənlikləri və konsertlər təşkil edir. Ancaq məlum hadisəylə bağlı bunlardan məhrumuq. Əslində ona görə sevinirəm ki, övladlarıma daha çox vaxt ayıra bilirəm. Hər kəs kimi, mən də ümid edirəm ki, bu bəla tezliklə bütün dünyanın başı üzərindən çəkilib gedəcək. Biz də çalışırıq ki, dövlətimizin bizlərə qoyduğu qərarlara əməl edək. Hər halda qorunmalıyıq, bir ölkə  ki, öz vətəndaşlarının sağlamlığını düşünərək addımlar atırsa, bizim də vəzifəmiz o qərarlara əməl etməkdir. Mən də hər kəs kimi çalışıram evdə olum. Televiziyalara da az çıxıram, ailəmin, övladlarımın yanında vaxt keçirməyə üstünlük verirəm. Allah hər birimizi qorusun, heç kim bu virusdan sığortalanmayıb, kimi tutacağından xəbərsizik”.

 

Əməkdar artist, teleaparıcı Əkbər Əlizadə karantin müddətində vaxtının boş keçmədiyini bildirib:

 

“Təbii ki, bu virus tək bizim ölkəmizdə yox, bütün dünyada cərəyan edir. Biz də çalışırıq ki, sağlamlığımız naminə özümüzü qoruyaq. Əslində iş başında olmalıyamsa, verlişlərimi aparıram, çəkilişlərdə oluram. Necə deyərlər bu yolda işimdən qalmıram. Ancaq bu o demək deyil ki, mən bu virusu vecimə almıram. Yox, əskinə bütün tibbi vasitələrdən  istifadə edirəm. Çalışdığım qədər tünlük olan yerdən qaçıram. Hesab edirəm ki, tez bir zamanda isti havaların davam etməsi virusun məhv olması ilə nəticələnər. Vaxtımın da çox böyük bir hissəsini övladlarımla keçirirəm. Düşünürəm ki, bundan gözəl istirahət olmaz. Çünki onlarla keçən hər dəqiqə bir ömrə bərabərdir. Bəzən fikirləşirəm ki, bu virusun dünyada yayılması insanlara nələrisə aşıladı. Düzdür mənfi tərəfləri çoxdur. Müsbət tərəfi də odur ki, sevdiyimiz insanlara daha çox zaman ayıra bilirik. Ona görə də çalışaq ki, hər keçən günümüzün qədir qiymətini bilək. İnşallah tezliklə bu bəladan da qurtararıq”.

 

Müğənni Cavad Rəcəbov bu müddətdə daha çox istirahət etdiyini söyləyib:

 

“Bilirsiniz ki, mən ən çox Lənkəranda oluram. Çəkilişlərdən də uzaq düşmüşəm. Günümün demək olar ki, böyük hissəsini öz bağımda keçirirəm. Bağa nə qulluq lazımdırsa, hamısını eliyirəm. Çalışıram ki, insanlarla az ünsiyyət qurum. Mənə elə gəlir ki, koronavirusdan qorunmağın ən böyük yolu evdə olmaqdır. Deyirlər ki, tibbi maska taxın, qarşısını alır. Mən şəxsən indiyə kimi maska taxmamışam və fikrim də yoxdur”. (modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam