Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Sənin “podruqalar"ın...” – Toliklə Aqşin Fateh efirdə yenə davaya qalxdı

“Sənin “podruqalar

Meyxanaçı Aqşin Fatehlə prodüser-teleaparıcı Tolik (Tarix Əliyev) arasında mübahisə yaşanıb.

Yenixeber.org: “Hər şey daxil” verilişində qonaq olan Aqşin “İllərin sənətkarları var ki, çalışırlar, trendə düşə bilmirlər. Amma biz düşürük” deyə bildirib.

Tolik isə ona etiraz edərək  “Bu gün Brilliant Dadaşovanın mahnısı trendə düşmür. O demək deyil ki, sizin sənətiniz onun sənətindən üstündür. Bu gün nə sən, nə də duet ortağın deyə bilməz ki, bir nömrəsiniz. Brilliant xanımn sənəti bu gün şou-biznesdə 99,9 faiz müğənnilərdən üstündür. Səncə, bu gün Alim Qasımov duet oxuyur və o trendə düşmürsə, deməli, Alim Qasımovun sənəti hansısa meyxana deyənlərdən, ya da rep deyənlərdən azdır? Bu, düz deyil. Uşaq-muşaq “YouTube”da oturub gündə sizə 10 dəfə baxırsa, bu o demək deyil, sizin sənətiniz ordadır.” - deyib.

Bu sözlərdən sonra meyxanaçı ilə aparıcı arasında mübahisə başlanıb:

“Bu uğuru qısa müddətdə əldə eləmişik. Bunu illərlə əldə etməyənlər var. Hər zaman mənim sözümü kəsirsən. Alim Qasımov, Brilliant Dadaşovanın sahəsi başqadır. Öz sahələrində bir nömrədirlər. Niyə gözünüz götürmür? Sənin “podruqalar"ın trendə düşmür deyə niyə belə danışırsan?”

Xatırladaq ki, bir neçə ay bundan öncə efirdə qonaq qismində iştirak edən meyxanaçı Aqşin Fatehlə aparıcı Tolik arasında yenə mübahisə yaşanmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam