Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məndən əl çəkin!” -Tanınmış meyxanaçı TV-ləri təndiq etdi

 

“Məndən əl çəkin!” - Tanınmış meyxanaçı TV-ləri təndiq etdi
“Mənim hansısa xəstəliyim yoxdur. Səhhətimdə hər şey qaydasındadır. Sadəcə olaraq verilişi yarımçıq tərk etdiyimə görə dedilər ki, guya özümü pis hiss edirəm”
Yenixeber.org: Bunu  tanınmış meyxanaçı Aydın Xırdalanlı ATV kanalında Nanə Ağamalıyevanın verilişini tərk etməsindən danışarkən deyib. Meyxanaçı bildirib ki, verilişdən getməsinə səbəb qafiyələrin Elza Seyidcahan tərəfindən verilməsi olub.

“Məni verilişə çağıranda dedilər ki, meyxanadan danışacağıq və bir qədər də meyxana deyəcəyik. Gəlib gördüm ki, qutuya qafiyə atıblar. Elə bil ki, yarışdır. Özü də qafiyələri Elza Seyidcanah təklif edib. O, axı meyxanaçı deyil ki, mənə işimi öyrətsin. Mən qafiyə aça bilmirəm ki, Elzanın ümidinə qalım? Dedim, mən belə meyxana deyə bilmərəm. Buna görə də acıq edib verilişi yarımçıq tərk etdim. Yalandan dedilər ki, səhhətimdə problem olub. Soruşdular ki, niyə verilişi tərk edirsən? Nə edim, səviyyəsiz verilişlərdə iştirak edim? Bu dəqiqə kanallarımızda səviyyəli veriliş var ki? Məni meyxanaçı kimi çağırmısansa, sənətimdən anlayışı olmayan adamı niyə qafiyəsin ora qoyursan. Buna görə də verilişlərdə iştirak etmirik”.

Meyxanaçı səhhətinin qaydasında olduğunu və yaradıcılığını davam etdirdiyni deyib: “Səhhətimdə hər şey qaydasındadır. Mənə nə olubki? Kim deyirsə xəstəliyim var, yalan deyir. Toylara gedirəm, meyxanalar deyirəm. Bir təhər dolanırıq. Mətbuat belə söhbətlərlə bağlı məndən yazmasın. Boş söhbətlər yayanlara deyirəm ki, məndən əl çəkin”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam