Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Bəlkə, özündən danışır” – Şou-biznesdəki “kişilik “razborka”sı aranı qarışdırdı

 

“Bəlkə, özündən danışır” –

Xəbər verdiyimiz kimi,  aparıcı  Sərxan Kərəmoğlu efirdə şou-biznes nümayəndələri, müğənnilər barədə sərt fikirlər səsləndirib. “Hara gedirlər xalqa kişilikdən danışmağa başlayırlar. Biz kimik ki?! Camaat bizə pul verib oxutdurur, danışdırır. Bu insanlara necə kişilikdən dərs keçirik? Ən imansız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır”, - deyə S. Kərəmoğlu bildirib.

 

Yenixeber.org: Mövzü ilə bağlı şou-biznes nümayəndələrinin fikrini öyrəndik. Saytımıza danışan tanınmış meyxanaçı Namiq Məna bu fikirlərlə razılaşmayıb, şou-biznesdə kifayət qədər nüfuzlu insanların olduğunu bildirib:

“Yox, mən bu fikirlə razılaşmıram. Açığı, mən özümü heç şou-biznesdə də görmürəm. Mən xarakter etibarı ilə kifayət qədər ciddi insanam, amma hərənin  bir işi var. Hərə öz sahəsində  xidmət edir, insanları əyləndirmək özü balaca məsələ deyil ki. Əyləndirməyin də həddi var, gərək əndazədən çıxmayasan.  Biri var şitliyə doğru gedirsən, bir də var orada müəyyən çərçivədə satira, yumorla əyləndirirsən. Buna mən çox yaxşı da baxıram. 

Qaldı ki, şou biznes nümayəndələrinin ictimai fikir bildirməyinə, əlbəttə ki, fikir bildirə bilərlər. Sadəcə  baxır cəmiyyət  içərisində kimin nüfuzu nə qədərdir. Çünki tamaşaçı efir məkanında seçir sənətçiləri. Onlar seçir ki, sənət adamları arasında kim ciddidir, kim qeyri-ciddidir, kimin fikri önəmlidir, kim fikrini tez-tez dəyişir. Yəni ona artıq tamaşaçı özü qiymət verir. Mövqeyində ciddi olan sənət adamları var ki, həm sənət  adamlarıdır, incəsənətlə məşğuldurlar, eyni  zamanda da gözəl şəxsiyyətləri var və şəxsiyyətlərinə də hörmət edirlər. Yəni sənət adamları xalqın bir sərvətidir. Bizim bu gün muğam ifaçılarımız var, estrada  ifdaçılarımız var, elə bədiyyə janrında da özünə hörmət edən insanlar var. Mən özüm 35 ildir bu janrla məşğulam, regional yazıçılar birliyinin sədriyəm, Sumqayıt mədəniyyət idarəsinin əməkdaşıyam, mən hər zaman xarakter etibarı ilə özümə  hörmət etmişəm. Cəmiyyət içərisində də insan özünə hörmət etməlidir ki, ətrafdan da özünə qarşı hörmət görsün.  Bunlar fərqli məsələlərdir. İnsan ciddi işlə məşğul ola bilər, amma xarakter etibarıilə görərsən ki, cılız insandır. Şou-biznesi lap aşağılamayaq. 

Şou latın sözüdür, əyləncə, göstərmək deməkdir. Məsələn, bizdə  klounlar var, məzhəkə göstərirlər. Bunun özü bir dərsdir. Bu onun sənətidir. Uşaqları əyləndirirsə, bunun nəyi pisdir? Mənim özümü neçə dəfə elə məclislərə dəvət ediblər, amma bilmişəm ki, həmin məclisdə aşağılana bilərəm və s. Belə olanda, yüksək qonorar təklif edilsə də, sən getmirsən. Deməli, sən özün özünə hörmət edirsən, səni dünya malı aldatmır. Sənətdə irəli getmək çətindir, amma həmin nüfuzu saxlamaq ondan da çətindir. Dünya şöhrətli musiqiçilərimiz, sənətçilərimiz var ki, onların cəmiyyət içərisində yetəri qədər nüfuzları var. 

Mən hər zaman ümumi danışmağın əlehinə olmuşam. Belə məsələlərdə ümumi danışmaq olmaz. Elə veriliş olur ki, məni dəvət edirlər deyirlər ki, filan şeyi belə de. Amma mən “yox” deyirəm, “tamaşaçını aldada bilmərəm” deyirəm. Hər insan dilinin altında yatıb, Allah 32 dişi dilin qarşısına çəpər çəkib ki, hər sözü danışma., danışdınsa,  o sözə cavabdeh olmalısan. İnsanın sözü ilə əməli bir olanda cəmiyyət içərisində həmin insan ciddi tanınır. İstər şou-biznes olsun, istər digər sahələr... Şou-biznesi aşağılanmış şəkildə göstərmək lazım deyil. Şou-biznesin içərisində yetəri qədər nüfuzlu insanlar var ki, onlar gedib el şənliklərində, tədbirlərdə insanları əyləndirirlər, bir parça çörək qazanırlar. Bizim səhnəmizdə gülüş ustaları var, onda biz onlara  deyək ki, sizin sözünüz ciddi qəbul olunmasın? Bu, düzgün fikir deyil”. 

Əməkdar artist Baloğlan Əşrəfov bu sözü bütün şou-biznesə aid edilməsini qəbul etməyib: 

“Bu gün şou-biznesdə yaxşı oxuyanlar elə öz oxumaqlarındadırlar, amma pislər elə pisdirlər. Qoy oxusunlar. Nə bilim, vallah, elə oxuyanlar var ki, mən qulaq asıram, o ki, görürəm bu mənə aid adam deyil kanalı tez çevirirəm.  Yəqin ki, Sərxan Kərəmoğlu öz  dairəsində onu danışıb. O, başqaları haqqında o fikirləri söyləyə bilməz. S.Kərəmoğlunun özünün bütün müğənnilər haqqında elə deməyə ixtiyarı yoxdur! O məni yaxından tanıyır? Mənim həyatıma bələddir? O bilir ki, mən hansı həyatı yaşamışam, nələr yaşamışam? Adam ümumi şey danışmaz. Ola bilər, onun nəzərində fərdi adamlar olub, onları nəzərdə tutaraq bu söhbəti edib. Mən inanmıram ki, həmin adam ucdantutma şou-biznesi nəzərdə tutsun. Şou-biznesin içərisində hər cür oğlanlar var,  o nə deməkdir ki? 

Meyxanaçı-müğənni Samirə Yusifqızı da aparıcının fikirləri ilə razılaşmayıb:

“Sərxan qətiyyən düz demir. Bəyəm, oxuyanlar kişi deyil ki? Təbii ki, hər kəsin özünə görə şəxsiyyəti də var, kişiliyi də var. Hər kəs deyəndə, bəlkə, özündən danışır, onu deyə bilmərəm, amma düzgün fikir deyil”.

Xalq artisti Mübariz Tağıyev özünü şou biznesə aid etməyib:

“Mən şou-biznesin içərisində yoxam. Ona görə nə isə deyə bilməyəcəyəm, ola bilər kimisə  bugünkü şou biznesin durumu qane edir amma məni yox.  Mən o aləmin adamı deyiləm. Nə isə desəm də aiddiyyatı olmayacaq”.(yenisabah) 

Əsmətxanım


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam