Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Arif Babayev -təkrar əməliyyat olunacaq

"Dizlərimdə biraz ağrılar var idi, sonradan həkimlər müəyyən etdilər ki, qığırdaqlarda yeyilmələr olub".

Yenixeber.org:   Bunu hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunan Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev deyib. 

Xalq artisti bildirib ki, diz qapağında yaranan ağrılardan sonra həkimə müraciət edib: "Yəqin ki, bu da yaşla əlaqədardır. Ona görə də işdən icazə alıb bura gəlmişəm. Hazırda müalicələrim davam etdirilir, həkimin yazdığı dərmanları da qəbul edirəm. Ən əsası odur ki, uğurlu əməliyyat keçirdim. Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm və narahat olmasınlar deyirəm. Hər şey yaxşıdır, qaydasındadır. Şükür Allaha ki, hələ ayaqüstəyəm.Təxminən, 4-5 günə Bakıya qayıdacam". 

Xalq artisti bir müddət keçəndən sonra təkrar əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam