Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xalq artisti Yalçın Rzazadə: "Xaricdə müalicə olunmağım üçün 15 min manat lazımdır"

Xalq artisti, müğənni Yalçın Rzazadənin bu gün Mərkəzi Dənizçilər Xəstəxanasında verdiyi analizlərin nəticələri məlum olub.

Yenixeber.org: Bu barədə Y.Rzazadə özü məlumat verib.

Onun sözlərinə görə, müayinənin nəticələri mədəsində bir neçə yara aşkarlandığını ortaya çıxarıb: “Vəziyyətim çox pisdir. Bu gün daxili orqanlarımın MRT müayinəsinin analizlərinin nəticələri çıxdı. Mədəmdə ağır xəstəliklər aşkarlanıb. Hazırda mədəmdə yaralar əmələ gəlib. Mənə qoyulan diaqnozu dilimə gətirmək istəmirəm. Onu bilirəm ki, səhhətim heç də yaxşı deyil. Qanımda zəhərlənmə var, rəngim isə saralıb”.

Xalq artisti bildirib ki, bir müddət əvvəl Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunmağım üçün cəmi 50 min lirə (15 min manat) pul lazım olub: “Amma mən bu pulu tapa bilmədiyimdən müalicəm baş tutmadı. Bu gün isə artıq vəziyyətim ağırlaşıb. Ancaq xaricdə müalicə olunmağım üçün imkanım yoxdur”.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam