Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Atamı evə gətirmişik, çox narahatdır” - Musa Yaqubun oğlu

“Atamı evə gətirmişik, çox narahatdır” - Musa Yaqubun oğlu
“Hazırda atamın vəziyyəti dünənə nisbətən stabildir. Xəstəxanadan çıxarıb evə aparmışıq. Amma özünü narahat hiss edir” 

Yenixeber.org: Bunu Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqub deyib. Onun sözlərinə görə, atasının səhhəti bazar günü pisləşdiyi üçün xəstəxanaya aparılıb.
“Atamın damarlarında sıxılma olduğuna görə təzyiqi tez-tez aşağı düşür. Bu da ürəyin fəaliyyətini zəiflədir. Dünən halı pisləşdi, xəstəxanaya yerləşdirməli olduq. Ancaq vəziyyəti nisbətən stabilləşdiyinə görə bu gün evə gətirmişik. Vəziyyəti gah ağırlaşır, gah da normal olur. Ümumiyyətlə, atam çox narahatdır”, - deyə Ş. Yaqub bildirib. 

Qeyd edək ki, dünən Xalq şairi Musa Yaqubun səhhəti pisləşib. O, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin müayinədən sonra evə buraxılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam