Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qaliblərinə mükafatlar verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Yenixeber.org: Müsabiqə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilib. Qeyd edilib ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi üçün ardıcıl tədbirlər keçirilir. “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin də bu məqsədi daşıdığını, qeyd edilən kateqoriyalardan olan vətəndaşların müsabiqədə fəal iştirak etdiyini deyib.

Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini [email protected] ünvanına göndərib və bu əsərlər nazirliyin (sosial.gov.az) #Instagram səhifəsində təqdim edilib. Elan olunmuş müsabiqə şərtinə uyğun olaraq, qalibləri Instagram istifadəçiləri özləri müəyyən edib və 14 rəsm əsərindən ən çox bəyənilən 3 rəsmin müəllifləri müsabiqənin qalibləridir.

Qaliblərə - sağlamlıq imkanları məhdud gənclər Qorxmaz Mustafayevə (I yer), Asif Qasımova (II yer) və Nisə Cəfərovaya (III yer) diplom və mükafatlar təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam