Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

"Çelentano" Bakıya gəlir

 

 

 

Bütün dünyada trend olan “Çelentano Tribut Şou” fevralın 13-də Heydər Əliyev Sarayında çıxış edəcək.

Yenixeber.org: Saraydan bildirilib ki, Maurizio Şveizer mükəmməl aktyor və müğənni Adriano Çelentanonun “rəsmi əkiz”idir. Bu şou sevimli italyan sənətkarın ən yaxşı mahnılarını eşitmək üçün əla şansdır.

“Çelentano Tribut Şou” tamaşaçıları o qədər heyran edir ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etmirlər. Bu günlərdə sənətkarın özü çox nadir hallarda çıxış edir, doğma ölkəsinin hüdudlarından kənara çıxmır. Bu təkrarsız şou sizə Adriano Çelentanonun konsertində olduğunuzu hiss etdirəcək.

Şou-konsert öz rəngarəngliyi ilə də insanı heyran qoyur. Bütün çıxışlar detallarına qədər düşünülür. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Şveizerin səhnə obrazına yetirilir. Onun bütün kostyumları Çelentanonun kostyumlarının tam eynisi olur.

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir.(azertac)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam