Sənət aləminin tanınmış simaları evləri, avtomobilləri ilə tez-tez gündəmə gəlirlər. Onların bir çoxları isə hər zaman bahalı maşına üstünlük verirlər. Son günlər isə bir çox tanınmış xanımın "Porsche" aldığının xəbərlərini eşitdik.
Aparıcı Vüsalə Əlizadə bir müddət əvvəl aldığı “Porsche”sində çəkdirdiyi fotosunu sosial media hesabında paylaşmışdı. uzun müddət maşınsız gəzən aparıcı özünə nəhayət son model avtomobil alıb. Vüsalə bildirib ki, avtomobili kredit deyil. Pulunu isə 3-4 dəfəyə ödəyərək bitirib.
Keçmiş aparıcı Aydan Axundovanın da “Porsche”si var. Amma Aydanın maşını köhnə modeldir.
Müğənni Aysel Əlizadə də hər zaman “Porsche”si ilə gündəmə gəlib. İfaçı bu avtomobilin qarasına üstünlük verir. Əvvəl köhnə modelini sürsə də, bu yaxınlarda dəyişib. Aysel də özünə yeni model "Porsche" alıb.
Xalq artisti Nəzakət Teymurova da 100 minlik “Porsche Cayenne”i ilə fotokameralara tuş gəlib.
Aktrisa Pərvin Abıyeva isə artıq xeyli vaxtdır ki, “Porsche” markalı maşın sürür. Hətta buna görə aktrisa dəfələrlə qınaq hədəfində olub. Hər kəs Pərvinə "Aktrisalıqla 100 minlik maşını necə alıb" kimi sözlər deyir. Bu yaxınlarda isə Abıyeva maşınını satışa çıxarmışdı.
Gülay Zeynallı da “Porsche” markalı avtomobil sürən sənətçilərdəndir. Hər zaman bahalı avtomobilləri sevdiyini deyən Gülay "İnfiniti"sini bu markaya dəyişib.
Bir müddət əvvəl “Dodge Durango”su olan müğənni Günay İbrahimli indi özünə “Porsche” alıb. Özü də Günay bu markanın son modelini seçib.
Müğənni Xatirə İslamın əvvəl “Porsche”si var idi. Daha sonra isə Xatirə maşınını dəyişib. Hazırda isə o, "Gelandewagen" markalı avtomobildən istifadə edir.(axşam.az)