Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Özbəkistanda “Azərbycan Mədəniyyəti Həftəsi”nin açılışı olub

 

 Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – milli qurtuluş gününə həsr olunan “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub


Yenixeber.org: Bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyindən məlumat verilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Səmərqənd Vilayət Hakimiyyətinin dəstəyi ilə reallaşdırılan tədbirlər çərçivəsində bu şəhərdə milli mədəniyyətimizə dair silsilə tədbirlər keçirilib.

Öncə “Azərbaycan mədəniyyəti həftəsi”nin iştirakçıları Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət ediblər.

Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında-açıq havada təşkil olunan açılış tədbirində şəhər hakimiyyətinin, elm, mədəniyyət, gənclər təşkilatları nümayəndələri, şəhərin tanınmış şəxsləri, yerli azərbycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Səmərqənd Vilayət Hakimiyyətinin müavini Toliib Nabiev Azərbaycan xalqını istiqlalının 100 illiyi münasibəti ilə təbrik edib, iki xalq arasında dostluq əlaqələrindən danışaraq, istiqlaliyyətin böyük nemət olduğunu və yüz illərlə xalqlarımızın qəlbində yaşatdıqları arzunu gerçəkləşdirdiyini qeyd edib. O, Azərbaycana dair daim Səmərqənddə çoxsaylı tədbirlər keçirən və dostluğumuzu geniş təbliğ edən Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanla yanaşı dünyanın çoxsaylı ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirlərinin geniş qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütövlükdə 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini qeyd edib.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qaldığını söyləyən diplomat, Səmərqənddəki “Azərbaycan mədəniyyəti həftəsi” çərçivəsində milli musiqimizə dair konsert, moda sərgsi, Azərbaycan filmlərinin nümayişi, foto və kitab sərgisi, Azərbaycan və özbək dilində ölkəmizə dair Bakıda və Daşkənddə nəşr olunmuş kitabların Səmərqəndin aparıcı kitabxanalarına hədiyyə edilməsi mərasimi və s. tədbirlərin keçiriləcəyini bildirib.

Çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirərərək indiki müstəqil Azərbaycanın 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisi olduğunu və bugün Azərbaycanın dünya dövlətləri arasında nüfuzlu, güclü dövlətə çevrildiyini qeyd edibilər.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair loqotipi özündə əks etdirən simvolik tort kəsilib və “Azərbaycan mədəniyyəti həftəsi”nin rəsmi açılışı olub.

Tədbirdə Özbəkistanın “Asl”, “Özbəyim yoşları” musiqi qruplarının müğənilləri milli musiqimizi səsləndiriblər. Tanınmış özbək musiqiçiləri Azərbaycan musiqilərini ifa edərək bayram tədbirinə öz töhvələrini veriblər. Azərbaycanlı saz ustalarının çıxışları isə tədbirə xüsusi rəng verib, tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs qruplarının milli rəqslərimizə dair çıxışlar edib, “Uzundərə”, ”Köçəri” və başqa rəqslərimiz iştirakçılara təqdim olunub.

Tədbir çərçivəsində “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı foto-kitab sərgisi təqdim edilib, habelə açıq meydanda milli mədəniyyətimizi özündə əks etdirən stend qurulmuş, Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız nümayiş olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid və yenicə hazırlanmış Azərbaycanın Qarabağ geyimləri iştirakçılara təqdim edilib. Səmərqənddəki Yoshlar-Gənclər təşkilatının fəalları moda sərgisində ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəy və zadəgan geyimlərini, habelə qızlar Qarabağ xanımlarının mərasim geyimlərini sərgiləyiblər.

Tədbir konsert proqramı ilə davam edib və mərasimə yerli mətbuat geniş maraq göstərib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam