Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Televiziyaların əksəriyyəti eyni vəziyyətdədir”-Qənirə Paşayeva telekanalları "yıxıb-sürüdü"

qanire

 

Xeberinfo.com:   “Deputat həmkarım Fazil Mustafanın Azərbaycan televiziyalarında Suriya ilə bağlı gedən xəbərlərin əksəriyyətində yanaşmaların doğru olmaması ilə bağlı narahatlığını oxudum bir az əvvəl. Bir müddət əvvəl İraqda baş verən hadisələri müzakirə edirdi televiziyalarımızdan biri. Baxdım ki, çıxış edənlərin heç biri bir dəfə də olsun İraqda olmayıb. Ölkənin keçmişi, yaşanılan proseslər, etnik və dini baxımdan vəziyyət və s. kimi həssas mövzuları içəridə görməyib, hiss etməyib amma şərh edirdi və İraqda dəfələrlə olmuş və jurnalist kimi İraq müharibəsi dövründə çalşmış bir insan kimi deyirdim bunlar nə danışır, bunların mənim gördüyüm İraqdan xəbəri belə yoxdur”.

Məlumata görə, bunu millət vəkili Qənirə Paşayeva öz “Facebook” statusunda qeyd edib.

Onun qeyd etdiyinə görə,  bir neçə gün əvvəl isə Suriyadan danışırdılar – yenə də həyatında Suriyanı görməmiş insanlar geniş şərhlər verirdilər.

“Suriyanın hər tərəfini görmüşəm, dəfələrlə Hələb, Dəməşlə bərabər Bayırbucaq, Türkməndağı deyilən bölgələr və bir sıra digər bölgələrində amma dinlədiyim adamlar sanki başqa bir ölkədən danışırdılar. Bəziləri isə heç olmasa, doğru analiz etmək üçün müxtəlif mənbələri oxumağa belə tənbəllik etmişdilər və bu çıxışlarında çox aydın hiss olunurdu. Ümumi yayılmış bəzi məlumatlar səviyyəsində danışırdılar və təbii ki, məlumatlı tamaşaçıya maraqlı deyildi.

Bəzi fikirlər isə tamamilə doğru yanaşma deyildi. Misir hadisələrində də eyni vəziyyət olmuşdu. Bir neçə dəfə doğru deyil bu yanaşma dediyimdə hətta tanınmış bir televiziyanın həmin proqramdan məsul bir əməkdaşı “Qənirə xanım o proqramlarda o adamların danışması lazımdır. Belə məsləhətdir” demişdi.

Ölkədə İraqı, Suriyanı, Misiri görənlər,bilənlər,orada çalışan mütəxəsislər(bir sıra adları çəkirəm) nədən məsləhət deyil, sadəcə, o adamlar məsləhətdi onu anlamadım dediyimdə isə üzümə baxıb, ciddi bir cavab verə bilməmişdi. Nə isə… Çox şey söyləmək olar. Amma bu qədəri də arif olan üçün yetərlidir. Bu məsələdə televiziyaların əksəriyyəti eyni vəziyyətdədir. Çox təssüf…”-deyə, o, daha sonra qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam