Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Millət vəkili türk gənclərə müraciət etdi - Foto

 

 

Millət vəkili Qənirə Paşayeva Kırşəhər bələdiyyəsinin dəvəti ilə “Türk dünyasının ağır problemləri və birliyin önəmi” adlı konfransda iştirak edib.

Yenixeber.org: Konfransda çıxış edən millət vəkili Qarabağ və türk dünyası həqiqətlərinin dünyaya geniş miqyasda yayılması üçün birliyin daha da gücləndirilməsi lazım olduğunu bildirib. Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, onların törətdiyi vandalizm aktlarından, Xocalı soyqırımından geniş danışıb.

Qənirə Paşayeva qeyd edib ki, gənclər hazırda əsas təbliğat vasitələrindən olan sosial mediada, virtual aləmdə fəal olmalı və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasında bu vasitələrdən istifadə etməlidir.

Tədbirin sonunda Kırşəhər rəsmiləri, bələdiyyə başqanı köməkçisi Əmrə Şahinçi çıxış edərək millət vəkili Q.Paşayevaya təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini vurğulayıb.

 

Q.Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış “Turan yolçusu” və “Eşq yolçusu” kitabını hədiyyə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam