Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Amerika İraqda yeni kombinasiya planlaşdırır: Böyük ayətullah Sistanini oyuna çəkməklə İranı İraqdan çıxarmaq mümkün olacaqmı?– Təhlil

Böyük ayətullah Sistanini oyuna çəkməklə İranı İraqdan çıxarmaq mümkün olacaqmı?

 

Ayətullah Əli Sistani İran dini liderləri ilə bir arada (sağdan üçüncü)

 

Stanislav Tarasov

regnum.ru, 28.10.2017

 

Yenixeber.org: İŞİD-lə mübarizə üzrə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya təmsilçisi, ABŞ ordusu polkovniki Rayan Dillon deyib ki, İraqda kürd peşmərgə özünümüdafiə dəstələri ilə İraq hökumət qoşunları arasında bir-birinə qarşı hərbi əməliyyatların dayandırlması barədə anlaşma əldə olunub. Bağdad Ərbilin şərtləri əsasında danışıqlardan imtina edənə və Ərbil Bağdadın müstəqillik referendumuna dair tələblərini qəbullanmayana qədər. Tərəflər arasında toqquşma 11 gün çəkib. Hər iki tərəfdən qurbanlar olub, Kərkük, Tuz-Xurmatu və Mosulun şimalında bəzi xristian bölgələrində 120 mindən çox mülki şəxs evini tərk etməyə məcbur olub.

Əldə edilmiş anlaşmaya əməl olunacaqmı? Fakt deyil. İraq baş naziri Heydər əl-Abadi “bir vətənin adamları arasında qarşıdurma və qan tökülməsini dayandırmaq” çağırışı ilə çıxış edib. Elan olunub ki, münaqişə edən tərəflər “siyasi danışıqların başlanması məqsədilə hərbi komitə yaradıb”. Amma bu, baş tutacaqmı?

əl-Abadi bu yaxınlarda Ankaraya son səfərin gedişində bildirib ki, İraq Kürdüstanı başçısı Məsud Bərzani “referendum nəticələrinin dondurulmasından danışmamalı, onun ləğvini elan etməlidir, çünki kürdlər hansısa bir anda onu baş tutmuş fakt kimi yenidən dünyaya təqdim edə bilərlər”.

Eyni zamanda Yaxın Şərq ekspertlərinin çoxu hesab edir ki, bu cür qərar qəbul ediləcəyi halda “Bərzani özünün siyasi məhvini göstərəcək”.

Bununla bağlı xeyli suallar meydana çıxır.

Birincisi: Yaxın Şərqdə ən təcrübəli siyasətçilərdən biri sayılan Bərzani  İraq Kürdüstanının müstəqilliyi haqda referendumun aşkar nəticələrini niyə hesablamayıb? Bütün əlamətlərə əsasən, onun İraqdaxili və xarici bütüm güclərlə məxfi anlaşması olub, amma bu ssenari hansısa səbəblərdən işləməyib.

İkincisi: referendumu qabaqlamağa gerçək imkanı olan Vaşinqton niyə kənara çəkilib, böhranın gedişində kürdləri dəstəkləməyib, hətta İrana tabe “əl-Həşd əş-Şəabi” hərbi könüllü yığmasının bunda iştirakına mane olmayıb. Axı Ankara ilə anlaşması olan Bağdad İran hərbi logistikasından tamamilə imtina edə bilərdi.

Üçüncüsü: Rusiyanın əksər ekspertlərinin iddia etdikləri kimi, İraqda indiki hadisələr “amerikalıların itkisi”dirmi, yoxsa ABŞ Tehrana qarşı yönəlik yeni geopolitik kombinasıyanın gerçəkləşməsinə girişib? Əlbəttə, ABŞ potensialca İraq, Suriya meydanlarından İranın kürd əyalətlərini sabitsizləşdirməyə başlaya bilər. Lakin hazırda Vaşinqtonun bundan daha önəmli vəzifəsi aydın görünür: şiə-şiə qarşıdurmasında yeni meyli işarələmək. Xatırladaq ki, 2003-cü ildə şiə “kollaboratsionçuları” (yadelli işğalçılara qulluq edən yerli adam-tərc.) Amerika başçılığı altında Qərb koalisiyası qüvvələrinin İraqı işğalında fəal iştirak ediblər – “Bədr” korpusu (indiki “Bədr” hərəkatı), İraqda İslam inqilabı Ali şurasının hərbi qanadı. Tehran bu şiələrdən öz maraqları üçün faydalanıb. Lakin əksi də ola bilər, axı İraqda hərbi qanadı olan antiiran “Sədri cərəyan” dini-siyasi hərəkatı mövcuddur – “Mehdi” təşkilatı (keçmiş “Mehdi ordusu”). Yəni İranın “şiə ayparası” deyilən planını antiiran ərəb “şiə Ayı”na çevirmək olar. Xüsusən də şiə ziyarətgahları, “Peyğəmbər əhli-beyti”nin dəfn edildiyi “mərkəd” deyilən özəl məscid-məqbərələr İraq ərazisində yerləşdiyinə görə. Amerika portalı “The Hill” yazır: təsadüfi deyil ki, Qərbdə “birdən” yada salmağı qət ediblər ki, “İraqda zorakılığı durdurmaq iqtidarı olan və Kürdüstanın Bağdadla danışıqlar masasının arxasına əyləşməyinə təsir edə biləsi yalnız bircə nəfər var – İraqdakı ali şiə lideri, böyük ayətullah Əli Sistani”.

Nəşrin dəyərləndirdiyinə görə, “o, İranın ruhani liderlərindən fərqli olaraq gərəkli nüfuz sahibidir və münaqişə tərəflərinin hamısı ona sayğı göstərir”.

Amerikalılar Bağdadla Ərbil arasındakı danışıqlarda Sistanini baş vasitəçi kimi göstərərək şiəliyi deyil, iranlıları İraqdan sıxıb çıxartmaq üzrə əməliyyata başlaya bilərlər.

Durumun bu cür irəliləməsi ABŞ üçün yeni geopolitik üfüqlər, Yaxın Şərqə münasibətdə yeni kompleks strategiya nümayişi yaradır. İraq Kürdüstanı ətrafındakı böhranın gerçək şəkildə növbəti savaş alovu ilə təhdid etdiyi nəzərə alınsa, bax, buna görə İŞİD-in gedişindən sonra bölgəni indi hansı gələcəyin gözlədiyini söyləmək çətindir. 

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam