Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sabiq direktordan Əbülfəs Qarayevə ağır ittihamlar

arif qaziyev-ebulfez qarayev“Deyirlər ki, sən Abbas Abbasovun qohumusan. Təqaüdü sənə buna görə vermirik”

Xeberinfo.com:   Muğam Teatrının sabiq direktoru, Əməkdar İncəsənət xadimi, Şöhrət ordenli Arif Qaziyev Mədəniyyət və Turizm Nazirliyi və nazir Əbülfəs Qarayevə qarşı ağır ittihamlar səsləndirib.

O, açıqlamasında deyib ki, Muğam Teatrından çıxarılandan sonra Ə.Qarayev ona işlə təmin ediləcəyi barədə söz verib: “Dedi ki, narahat olma, sənə iş verəcəyik. Mənimlə birlikdə işdən çıxarılan şəxslərin hamısına sonradan iş verildi, əksəriyyəti də öz yerində qaldı. Tək məni qoydular qapıya… Onlara Muğam Teatrının binası lazım idi, onu da götürdülər. Daha gedib onların qapısında dayanıb “mənə iş verin” deyə yalvarmayacağam ki… Deyirlər sür dərəyə, sürəcəm, dava-dalaş salmayacağam. Dəfələrlə Əbülfəs müəllimlə üz-üzə gəlirdik. Hər dəfə söz düşəndə “gəl, baxarıq” deyirdi. Gedirdim deyirdilər yoxdur, daha nə qədər gedəcəyəm? Qoymadılar, onlar bilir ki, mən nəyə qadirəm, amma istəmirlər də…”

A.Qazıyev onu da əlavə edib ki, hazırda yeganə istəyi Prezident təqaüdünə layiq görülməsidir: “Onu gözləyirəm, bu təqaüdü almaq mənim də haqqımdır. Adımı göndəriblər, amma hələ vermirlər. Təqdimat göndəriblər, gözləyirəm”.

Rejissor ona Prezident təqaüdünün verilməməsinin səbəbini belə izah edib: “Deyirlər ki, sən Abbas Abbasovun qohumusan. Təqaüdü sənə buna görə vermirik. Anlaya bilmirəm, mənim onunla nə qohumluğum? Bacım oğlunun qudasıdır. Uzaqdan-uzağa, onun mənə nə aidiyyəti? Əmim deyil, dayım deyil, qardaşım deyil. Axı mənim bu mədəniyyətdə xidmətlərim var, onu heç kim dana bilməz”.

A.Qazıyev sonda yaradıcılıq planlarından da danışıb. Bildirib ki, uzun illərdən bəri üzərində işlədiyi layihə olan Azərbaycan muğamlarının sənədli film şəkilində çəklişlərini davam etdirir. (aznews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam