Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Beynəlxalq qadınlar günü münasibətilə tədbir keçirildi

  "xeberinfo.com": Naxçıvan Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub. Universitetin rektoru, professor Saleh Məhərrəmov universitetin qadın əməkdaşlarını təbrik edərək, ali məktəb tarixində onların əvəzolunmaz yerindən və rolundan danışıb. Qeyd olunub ki, Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər. XX əsrdən etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlamış  və bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən davam etdirilən böyük və uğurlu siyasətin əməli nəticəsidir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən də uğurla davam etdirilir.

Universitetdə olan həmyerlimiz, Ukraynanın Krım  Muxtar Respublikasının Sevastopol şəhərinin yerli radio kanalında yayımlanan  “Qobustan” proqramının aparıcısı Həbib Əliyev çıxış edərək, universitetin qadın əməkdaşlarını təbrik edib. 

Botanika kafedrasının müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Vüsalə İsmayılova “Aərbaycan qadınları müstəqillik illərində” mövzusundakı məruzəsində Sara xatun, Xurşidbanu Natəvan, Züleyxa Seyidməmmədova, Qəmər Salamzadə, Qəmər Almaszadə, Leyla Məmmədbəyova, Sona Nuriyeva, Aida İmanquliyeva, Zərifə Əliyeva kimi xalqımızın tarixində silinməz izlər qoymuş  görkəmli qadın şəxsiyyətləri haqqında danışıb. Qeyd olunub ki, ölkədə qadın problemlərinin həllinə daima dövlət qayğısı göstərilir və sevindirici haldır ki, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız  dünya səviyyəsində də öz sözünü deyə bilir.

Bayram tədbiri universitetin Tələbə teatr studiyasının hazırladığı ədəbi-bədii proqramla davam edib. 

 

 

Mina Qasımova

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam