Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavatdakı repressiyalara Arif Hacılı rəhbərlik edir”

 

 "Mən müstəqil və azad düşünən insanlardan biriyəm. Bu gün isə Müsavatda azad fikirliliyə və azad sözə qarşı böyük bir repressiya gedir. Onun da başında Arif Hacılı durur".
"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına Müsavat Partiyasının Qadınlar Birliyinin keçmiş sədri Ellada Məmmədli deyib.
O bildirib ki, hazırda əlində partiyadan çıxarılmağı ilə bağlı rəsmi sənəd yoxdur:
“Mənim Arif Hacılının dağıdıcılıq siyasətinə, partiyada avtoritar rejiminə, müsavatçılara qarşı olan qrup mənafeyindən baxdığı bəzi şeylərə qarşı çıxmağım doğrudur. Mən yalnız onlara qarşı çıxıram. Amma Arif Hacılın yürütdüyü siyasətə qarşı çıxmaq Müsavat Partiyasına qarşı çıxmaq demək deyil. Özümü hələ də partiyanın üzvü hesab edirəm. Çünki bilirəm ki, Arif Hacılının göstərişi ilə onun qrup maraqlarına uyğun gəlmədiyim üçün sifarişli olaraq partiyadan xaric olunmuşam. Nə qədər ki, əlimdə onun imzasi və möhürü ilə olan partiyanın rəsmi sənədi yoxdur, özümü partiyadan çıxarılmış hesab etmirəm. Düşünürəm ki, ən azı mənim son iclasda söz demək hüququm var idi. Bu haqqı mənim əlimdən aldılar. Eybi yoxdur”.
Ellada Məmmədli indiyə kimi partiyadan 10 nəfərin rəsmi şəkildə çıxarılması məsələsinə də münasibət bildirib:
“Deyilənlərin hamısı kifayət qədər yanlış və əsassızdır. Çünki çıxarılan şəxslərlə bağlı ortalıqda rəsmi heç nə yoxdur. Bu böyük səhv və nizamnamə pozuntusudur. Məsələn, Səxavət Əlisoyu, Qubad İbadoğlunu, Vurğun Əyyubu, Rövşən Dəmirlini, Əli Qasımbəylini, Rahim Mirəlimovu və məni bu formada çıxarıblar. Onlar bunu yalnız mətbuata ötürürlər, yaxud özlərinin protokolunda yazırlar. Amma bu haqda həmin şəxslərə rəsmi olaraq partiyanın möhürü olan sənəd verilmir. Bu da özlərinin bir daha saxtakarlıqlarını isbat edir. Qorxurlar ki, həmin şəxslər onların qeyri-qanuni hərəkətləri haqda araşdırmalar aparar və ya məhkəməyə müraciət edərlər. Onlar özlərini hər tərəfdən sığortalayırlar. Nə qədər ki Arif Hacılı, daha doğrusu, Hacılı qardaşları partiyada hökmranlıq edir, orada yalan ayaq tutub yeriyəcək”.
Ellada Məmmədli əlavə edib ki, Vəfa Cümşüdlü iki ildən çoxdur Qadınlar Birliyinin sədri olmaq üçün onunla mətbuat səhifələrində savaşır:
“Vəfa Cümşüdlü mətbuatda mənim haqqımda saxta olan məlumatlar yayır. Necə müddətdir onun gözü Qadınlar Birliyinin sədri kreslosundadır. Amma bundan sonra yeni sədr kim olacaqsa, həmin şəxs Arif Hacılının maraqlarına cavab verən, onun göstərişi ilə hərəkət edən bir adam olacaq. Artıq Müsavatda demokratik qaydada seçilən heç bir qurum və ya rayon təşkilatının sədri olmayacaq”.
Mayın 17-də Xətai rayon təşkilatının təqdimatı əsasında Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilib. O, partiya rəhbərliyinə qarşı addımlar atmaqda, Nizamnamə qaydalarını pozmaqda, Müsavatdakı istefaları təşkil etməkdə günahlandırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam