Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq MTN naziri: "Vəzifədən getməyimə baxmayaraq, dostlarla salamım qalır"

Keçmiş MTN naziri:

 

 

 
"Bu gün 76 yaşım tamam olur. Çoxları sual verirlər ki, "özünüzü necə hiss edirsiniz?". Qısaca cavabım belədir: özümü 76 yaşındakı kimi  hiss edirəm".  
Xeberinfo.com:   Məlumata görə, bu sözləri modern.az-a açıqlamasında 1995-2004-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.
Qeyd edək ki, 22 fevral tarixi eks-nazirin doğum günüdür.
Namiq Abbasov 76 yaşının tamam olması münasibətilə ilk təbrik edənlərdən də söz açıb.
"İnsanın özəl günlərindən biri də yaşının üstünə yaş gəlməsidir. Təbii ki, doğum günündə  ilk ürək sözlərini, xoş arzularını ailə üzvləri dilə gətirir".
Sabiq nazir əslində doğum günü keçirtməyi sevmədiyini deyib.
"Doğum günü keçirtməyi sevmirəm. Demək olar ki, əvvəllər də, nazir işləyəndə də buna meylli deyildim. Bunun da səbəbi var. Hədiyyə qəbul etməyi sevmirəm. Doğum gününə gələn insanlar da hədiyyəsiz gəlmirlər. Ona görə də ən yaxşısı bu günü keçirməməkdir".
"Keçmiş dostlarınız sizi təbrik ediblərmi?" sualına sabiq nazirin cavabı belə oldu:
"Salam verdiyim insanların çoxu doğum günümdə məni unutmur. Vəzifədən getməyimə baxmayaraq, dostlarla salamım qalır. Ona görə də keçmiş dostlar  arasından da təbrik edənlər var".
N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında  fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam