Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BƏLƏDİYYƏ SƏDRİ İŞDƏN ÇIXARILIB – İcra başçısının qəzəbinə gəlib

1414926184_1

Abşeron rayonu Məmmədli kəndinin bələdiyyə sədri Vaqif Nəbiyev tutduğu vəzifədən azad olunub, barəsində toplanmış materiallar hüquq-mühafizə orqanlarında araşdırılır.

Xeberinfo.com:   Bu barədə “AzPolitika.info”ya Məmmədli kəndindəki mənbələrdən məlumat daxil olub. Bu kəndin yeni bələdiyyə sədri Xəyalətdin Məmmədovdur.

Məlumata görə, 10 ildən artıq Məmmədli Bələdiyyəsinə rəhbərlik etmiş V.Nəbiyev vəzifəsindən uzaqlaşdırılmazdan əvvəl ümumi dəyəri milyonlarla hesablanan əmlaklarını dəyər-dəyməzinə satıb. V.Nəbiyev tam müflis edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. İstisna deyil ki, hüquq-mühafizə orqanlarındakı araşdırmanın sonunda onu həbs də etsinlər.

iradeBəzi məlumatlara görə, Bakının ən böyük torpaq ərazisinə malik kəndlərindən olan Məmmədli Bələdiyyəsinin sədri, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədovanın qəzəbinə gəlib.Belə ki, məhz İ.Gülməmmədova bu rayona başçı təyin olunduqdan sonra V.Nəbiyevin işləri çətinə düşüb və Məmmədli kəndindəki çoxsaylı obyektlərini, hətta avtomobillərini satmağa başlayıb. V.Nəbiyevin hətta sonuncu seçkilərə qatılmaq istəmədiyi, lakin qarşısına ağır şərtlər qoyulduğundan məcburən yenidən sədr olmağa razılaşdığı da verilən məlumatlar sırasındadır.

“Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcovun kadrı kimi təqdim olunan V.Nəbiyev, torpaq alverinin ən qızğın vaxtlarında Məmmədli Bələdiyyəsinə sədrlik edib. Ondan əvvəl isə bu vəzifəni atası Xəlil Nəbiyev tutub. V.Nəbiyevin bələdiyyə sədri olduğu illərdə Məmmədli kəndinin min hektarlarla torpaq sahəsi satılıb, bu qanunsuz satış və sənədləşdirmələrdən milyonlarla pul mənimsənilib. Lakin buna baxmayaraq, Məmmədli kəndi Bakının ən baxımsız kəndlərindən biri olaraq qalmaqdadır”, deyə, mənbə bildirib.

Təxminən 20 gündür vəzifəsinin icrasına başlayan yeni sədr isə, hələ ki, özünün xidməti kabinetində bahalı təmirə başlaması ilə diqqəti çəkib. Problemləri başdan aşan Məmmədli camaatının isə ondan daha böyük gözləntiləri var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam